Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu
Avqustun 21-də yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya təxliyə olunub.
azxeber.com xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.
Bildirilib ki, avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü Şükufə Yusupova ailə üzvlərinin könüllü müraciəti əsasında avqustun 24-də Yeni Klinikaya təxliyə edilib.
"Hazırda Xalq artistinin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Şükufə Yusupova avqustun 21-də "İçərişəhər" metrostansiyasının yaxınlığında yolu piyada keçidindən keçərkən avtomobillə vurulub.
Hadisədən sonra o, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xalq artistinə ilkin zəruri tibbi xidmət göstərilib və müayinələr aparılıb. Müayinələrin nəticələrinə əsasən, ona çanaq və qabırğa sınıqları diaqnozu qoyulub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü