Şükürovdan AFFA-ya ağır ittiham: Uşaqları bədbəxt etdilər

Şükürovdan AFFA-ya ağır ittiham: Uşaqları bədbəxt etdilərMeydana veteran futbolçularla çıxsaydıq, elə arxada dayansaydıq, biz də eyni hesabla uduzardıq. Məğlub olsaq da, komanda şəklində kombinasiya görmədik, heç ardıcıl beş ötürmə edə bilmədik. 90 dəqiqə müdafiədə oturduq. Fransa da sanki bura məşq etməyə gəlmişdi.
KONKRET.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan millisinin veteran futbolçusu Mahir Şükürov deyib.
Yığmanın DÇ-2026-nın seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə uduzduğu matçı stadiondan izləyən 43 yaşlı mütəxəssis nəticələrin səbəbini belə izah edib:
"Bilirik ki, Fransanın bütün oyunçuları oynamırdı. İkinci heyətlə çıxmışdılar. Oyun 3:1 onların üstünlüyü ilə bitdi. Amma hesab baxımından belə qurtardıq. Camaatın başını aldatmasınlar. Heç bir inkişafdan söhbət gedə bilməz. İnkişaf varsa, klub səviyyəsində "Qarabağ"dadır. Başqa heç bir millinin aşağı yaşlarından əsasına qədər heç bir inkişaf yoxdur. Sadəcə, camaatın başını aldadırlar. Bu şeyləri görmüşük, illərdir bunu eşidirik. Bacarmırlarsa, heç danışıb baş aldatmasınlar. İnkişaf yoxdur, heç gözləməyə də ehtiyac yoxdur. Görürük də, aşağı yaş qruplarımız biri 1:5, digəri 1:6 və s. hesabla uduzurlar. Həmin yaş qrupları da zaman gələcək əsas milliyə, onlardan nə gözləyəsən?!".
Şükürov Şahrudinin "Heç kim öz klubunda oynamır. Bu problemi müzakirə etmək istəyən də yoxdur. Hamı deyir ki, niyə Abbas Hüseynov klubda oynamadığı halda millidədir?" fikrinə belə münasibət bildirib: "Mən neçə ay əvvəl, limit dəyişilən vaxt dedim ki, səhv addımdır. Ona görə ki, bütün klublar pul qazanmaq üçün legioner gətirəcək, dəllalığını edəcək, azərbaycanlı futbolçular isə kənarda qalacaq. Bu gün onun şahidi oluruq. Göstərsinlər ki, hansı klublar azərbaycanlı futbolçulara daha çox şans verir? Oynayan futbolçular da milliyə çağrılmır. Çağrılanlar "Qarabağ"dan Elvin, Nəriman, Toraldır. "Neftçi"də Emin Mahmudovdur. Götürüb limiti ləğv edərək azərbaycanlı uşaqları bədbəxt etdilər. Amma oynamayan uşaqlar harada oynasınlar?".
M. Şükürovun sözlərinə görə, Millətlər Liqasında ümidlənmək lazım deyil:
"Heç bir ümidlənməyə ehtiyac yoxdur. Zaman keçdikcə millidə oynayan futbolçuların yaşının üstünə yaş gəlir. Onların da yerinə gələn futbolçu yoxdur. Bir-iki ildən sonra futbolçu qıtlığı olacaq. Ona görə də Millətlər Liqasına ümid bağlamasınlar. ML-i heç bir ölkə ciddiyə almır. Əsas ciddiyə alınan Avropa və Dünya çempionatlarıdır. Ona görə də nə qədər ki, AFFA-da futbolu bilməyən adamlar oturacaq, məşqçilər işləyəcək, belə də olacaq. Beləcə camaatı aldadacaqlar, axırı da belə nəticəsizlik olacaq".
Veteran futbolçu qeyd edib ki, Ayxan Abbasov işlədiyi müddətcə belə nəticələrlə qarşılaşacaq:
"Ayxan bu yükü boynuna alıb orada işləyir. Bir müddət keçəcək, bəzi insanlar Ayxanı da daş-qalaq edəcək. Material olmayandan sonra istəyirsiniz Qvardiolanı, kimi gətirirsiniz gətirin, mümkün deyil. Baxırsan, bütün ölkələr irəliyə gedir, biz geriyə gedirik. 19 yaşda deyirik cavandır, 25 yaşda deyirik, bunun vaxtı keçib, 30-da deyirik ki, qocalıb. Camaat 18 yaşında Avropada Liqa çempionluğu uğrunda mübarizə aparır. Biz də hələ belə düşünürük".

İdman       Tarix: 17 noyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu gun az xeber kriminal xeberler xeber.az 2026