Sülh sazişindən bu bənd çıxarıldı - Qriqoryan

Sülh sazişindən bu bənd çıxarıldı - QriqoryanErmənistanın müxalif deputatları Azərbaycan və Ermənistan sülh müqaviləsinin bəzi detalları ilə tanış olub.
KONKRET.az xəbər verir ki, bunu "Ermənistan" fraksiyasından olan deputat Anna Qriqoryan deyib.
Onun sözlərinə görə, 2023-cü ilin dekabrında erməni deputatlar müqavilə layihəsi ilə tanış olmaq üçün Xarici İşlər Nazirliyinə müraciət ediblər.
Qriqoryan bu gün keçirilən brifinqdə qeyd edib ki, keçən ilin sülh sazişi variantında ermənilərin Qarabağa qaytarılması ilə bağlı bir bənd var idi. Lakin bu məsələ gündəmdən çıxarılıb.
Qriqoryan bildirib ki, keçən ilin müqavilə mətni variantında azərbaycanlıların Ermənistana qaytarılması ilə bağlı məsələ formulə edilməmişdi:
"Lakin nəzərə almaq lazımdır ki, bu müddət ərzində müqavilə layihəsi dəfələrlə redaktə edilib və dəyişdirilib. Bunun bariz nümunəsi keçən ilin variantında olan kommunikasiyaların açılması məsələsidir. Bu məsələ sonradan müqavilədən çıxarılıb və əlavə müzakirəyə saxlanılıb".
Deputatın fikrincə, eyni uğurla müqaviləyə azərbaycanlıların Ermənistana qaytarılması məsələsi də əlavə edilə bilər.

Siyasi       Tarix: 07 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu qun en son xeber xeberler bu gun metbuat xeberleri