"Sultan" restoranı cərimələnib - TAM SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 401 ictimai iaşə obyektində 680 monitorinq keçirib.
AQTA-dan Azxeber.com-a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Xəqani 84B ünvanında yerləşən, fiziki şəxs Abbasbəyli Emin Ağalar oğluna məxsus "Sultan" restoranı;
2. Bakı şəhəri, Binəqədi rayonu, K. Atatürk 182 ünvanında yerləşən, fiziki şəxs İsgəndərov Rəşad Nazim oğluna məxsus restoran;
3. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Naxçivani 24 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Etibar Atif oğluna məxsus "Öz Kardeşler" restoranı;
4. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Ağaoğlu 26 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Əli İsa oğluna məxsus "Orman" restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
"Gəncə" Türkiyə təmsilçisinə məğlub oldu