Summer challenge 2026 - qeydiyyat uzadıldı
Yelo Bank-ın karyera qurmaq istəyən dinamik gənclər üçün elan etdiyi "Summer Challenge 2026" təcrübə proqramı start verdiyi ilk gündən tələbə və yeni məzunlar tərəfindən böyük maraqla qarşılanıb. Gənclərdən gələn çoxsaylı müraciətləri və aktivliyi nəzərə alaraq, Bank qeydiyyat müddətini uzatmaq qərarına gəlib. Beləliklə, layihəyə qoşulmaq istəyən gənclər 31 may 2026-cı il tarixinədək müraciət edə bilərlər.
Xatırladaq ki, 3 ay davam edəcək bu proqram gənclərə müasir bankçılıq mühitində real iş təcrübəsi qazanmaq, peşəkar mentorlardan öyrənmək və gələcək karyerasını Yelo komandasının bir üzvü kimi davam etdirmək şansı verir. İştirakçılar öz bacarıqlarına uyğun olaraq İnsan Resursları, Satış, Maliyyə və Mühasibatlıq, Proqramlaşdırma, İnformasiya Texnologiyaları, Brendin İdarəedilməsi və Bankın xidmət şəbəkəsində təcrübə keçəcəklər.
Proqramda iştirak etmək və bu yayını həm əyləncəli, həm də karyerası üçün səmərəli keçirmək istəyən namizədlər 3 qısa sualı cavablandıran 60-90 saniyəlik motivasiya videosu çəkməli və qeydiyyat formasını doldurmalıdırlar. Seçim zamanı özünü səmimi ifadə edən və tapşırığa yaradıcı yanaşan gənclərə üstünlük veriləcək.
Bank-ın təqdim etdiyi bu parlaq başlanğıcı qaçırmamaq və "Summer Challenge" ailəsinə qoşulmaq üçün son tarix 31 maydır. Müraciət üçün indi tam zamanıdır: .
Banklarda vakansiya ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu