Sürücülərin nəzərinə - Bu gündən yeni qiymətlər olacaq

Sürücülərin nəzərinə - Bu gündən yeni qiymətlər olacaqBu gündən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqlarının yeni qayda ilə hesablanmasına başlanılır, zərərlərin birbaşa tənzimlənməsi isə noyabrın 1-dən etibarən həyata keçiriləcək.
azxeber.com xəbər verir ki, qaydalara edilən dəyişikliklərə əsasən, sığorta haqları 4 əsas amil nəzərə alınaraq müəyyənləşdiriləcək:
İlk öncə sığorta haqqının sürücülər tərəfindən daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdirilməsi nəzərdə tutulur. Baza sığorta haqqı, yəni 50 manat dəyişdirilmir və olduğu kimi qalır. Lakin, risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq edilir. Məlumdur ki, sürücünün yaşı və sürücülük təcrübəsi nə qədər azdırsa onun yol-nəqliyyat hadisəsi törətmək riski o qədər yüksəkdir. Ona görə də baza sığorta tarifinə yaş və sürücülük təcrübəsinə görə 1,35-1,05 intervalında əmsallar tətbiq edilir.
Digər risk amili nəqliyyatın intensivliyi ilə bağlıdır. Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Ona görə də Bakı şəhərinə 1,1, Sumqayıt və Abşerona 1,05, digər bölgələrə isə 0,95 əmsalı tətbiq edilir. Yəni, digər bölgələrdə sürücülər daha az sığorta haqqı ödəyəcəklər.
Üçüncü amil nəqliyyat vasitəsinin istismar müddətinə bağlıdır. Daha köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan istismar müddəti 10 ilin aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunur.
Dördüncü amil nəqliyyat vasitəsini idarə edənlərin sayına bağlı olaraq tətbiq olunan əmsaldır. Əgər nəqliyyat vasitəsini iki və daha artıq şəxs idarə etmək hüququna malikdirsə o zaman baza sığorta haqqına 1,15 əmsalı tətbiq edilir
Mərkəzi Bankın icbari avto sığorta sahəsində qəbul etdiyi yeni qaydalar əsasən iki başlıca zərurətlə bağlıdır.
Birincisi, hazırda praktika belədir ki, şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə üçüncü tərəfə zərər vurduğu halda zərərin ödənilməsi prosesi zərərçəkən tərəflə zərərvuran tərəfin sığortaçısı arasında həll olunur. Yəni zərərçəkən tərəf ödənişi öz icbari sığortaçısından deyil, zərərvuran tərəfin sığortaçısından əldə edir. Belə olan halda zərərlərin ödənilməsi prosesi müştəri-biznes münasibətlərindən kənarda baş vermiş olur. Yəni ödənişi alan tərəf müştərisi olmayan sığortaçı ilə qarşı qarşıya qalmış olur.
Xatırladaq ki, "İcbari sığortalar haqqında" Qanun 2011-ci ildə qüvvəyə minib və sığorta haqları, tarifləri və sığorta təzminatları bu qanunla tənzimlənir. Könüllü sığortanın növləri üzrə haqlar şirkətlərin daxili qaydalarına əsasən tənzimlənir. 2011-ci ildən bu günə kimi icbari sığorta tarifləri dəyişməyib. Buna uyğun olaraq sığorta təzminatları da dəyişilməz qalır.

Sosial       Tarix: 02 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tural Əlizadəyə vəzifə verildi

1 saylı Bakı DOST Mərkəzinə yeni direktor təyin edilib. -a istinadən xəbər verir ki, bu vəzifənin icrası Tural Əlizadəyə tapşırılıb. O, bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) insan resurslarını

Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək

Azərbaycanda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsilə əlçatanlığın artırılması, əhalinin məşğulluğunun təmin olunması, eləcə də sahibkarlığın və kənd təsərrüfatının inkişafı məqsədilə dövlət tərəfində

Bahalaşan mənzillər: Bakıda kirayə haqqı niyə artır?

Bakıda kirayə mənzil bazarında bahalaşma davam edir. Qiymət artımı artıq təkcə paytaxtın müəyyən əraziləri ilə məhdudlaşmır, mənzil axtaranların qarşısında daha ciddi seçim və büdcə problemi yaradır. Azərbaycan Mərkəzi Bankını

Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib - FOTO

Cəlilabad rayonunda bələdiyyə sədri vəfat edib. "Report"a istinadən xəbər verir ki, Şiləvəngə kənd bələdiyyəsinin sədri Anar Şabıyev qəfil dünyasını dəyişib. Onun ürək tutması nəticəsində vəfat etdiyi bildirili

Bu məhsulları almağa tələsməyin – Daha ucuzunu tapacaqsınız

Qara cümə (Black Friday) endirimləri zamanı elektronika, məişət texnikası və oyuncaqları daha sərfəli qiymətə əldə etmək mümkündür. Lakin hər böyük endirim real fürsət deyil və alıcılar alış-veriş zamanı diqqətli olmalıdırlar

Bu şəxslər 10 dəfə az ödəniş edəcək – Tək bir şərt var

2027-ci ildən kənd təsərrüfatı ilə məşğul olan fermerlər və sahibkarlar üçün yeni vergi güzəştləri tətbiq ediləcək, bir sıra mövcud azadolmaların müddəti uzadılacaq. yenisabah-a istinadən xəbər verir ki, Vergi Məcəlləsin

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Sabirabadda qaçırılan azyaşlı qız tapıldı

Sabirabadda qaçırılan azyaşlı qız tapılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis əməkdaşları onların kənd ərazisində gizləndikləri yeri müəyyən ediblər. 2011-ci il təvəllüdlü qız və 2009-cu il təvəllüdl

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər son xəbərlər bugün 2026 bugun xeberler xeber saytlari