Şuşadakı beynəlxalq turnirin qalibi bəlli oldu - YENİLƏNİB
"Əziz Şuşa" beynəlxalq velosiped yarışına yekun vurulub.
KONKRET.az xəbər verir ki, Füzuli Hava Limanından start götürən və Şuşa şəhərindəki "Qarabağ" otelinin qarşısında yekunlaşan II mərhələnin qalibi Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun üzvü Elçin Əsədov olub.
İkinci yeri Özbəkistan, üçüncü yeri Monqolustan təmsilçisi tutub.
11:05
"Əziz Şuşa" beynəlxalq velosiped yarışında II mərhələ başlayıb.
KONKRET.az xəbər verir ki, bu mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki "Qarabağ" otelinin qarşısına qədər davam edəcək.
Şuşadakı ilk beynəlxalq turniri gənclər və idman naziri Fərid Qayıbov, Müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev də izləyir.
Veloturda 8 ölkədən 13 komanda iştirak edir.
Qeyd edək ki, Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun velosipedçisi Elçin Əsədov "Əziz Şuşa" beynəlxalq turnirinin Bakıda keçirilən ilk mərhələsində qalib olub.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar