Taksilərlə bağlı daha bir VACİB AÇIQLAMA - Bundan sonra

Taksilərlə bağlı daha bir VACİB AÇIQLAMA - Bundan sonraNazirlər Kabinetinin təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər Azərbaycanda taksi xidmətlərində ciddi dəyişikliyə səbəb olacaq və ölkədə taksi qıtlığı yaratmayacaq.
Bunu REAL TV-yə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, bunlar balanslaşdırılmış tələblərdir, bazar iştirakçılarının sürətli, keyfiyyətli transformasiyasına və yeni şərtlərə uyğunlaşdırılmasına şərait yaradacaq.
"Tələblərə əsasən, Azərbaycanda buraxılış tarixindən 15 ildən çox müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi fəaliyyət göstərə bilməyəcək.
Əslində bu tələb qanunvericilikdə var idi. Yaşı 15 ildən çox olan avtomobillər taksi fəaliyyəti göstərməyə uyğun deyillər. Bunların bazardan kənarlaşdırılması düzgün qərardır.
Bu, bazarda taksi xidmətinin keyfiyyətinin artmasına gətirib çıxaracaq. Həm taksi, həm avtobuslar ictimai nəqliyyatın bir növüdürlər.
Səfərlər taksilərdən ictimai nəqliyyata ötürüləcək. Bu, hədəflərimizdən biridir və şəhərdə tıxacın azalmasına səbəb olacaq", - deyə AYNA rəhbəri qeyd edib.
"Vətəndaşın avtomobili gün ərzində 2-3 səfər edirsə, taksilər 20-dən çox səfər edir. Bir taksi avtomobili 8 fərdi avtomobilə bərabərdir.
70 min taksi fəaliyyət göstərirsə, bu, tıxaca effektiv 550 min avtomobilə bərabərdir. Bu kifayət qədər böyük rəqəmdir. Bu səfərlər ictimai nəqliyyatla həyata keçirilə bilər",- deyə A.Rzayev əlavə edib. / azxeber.com

Sosial       Tarix: 30 mart 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

BDU-da nə dəyişəcək? - Kadr islahatı, imtahan sistemi…

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin ilk addımlarından biri imtahan sistemini dəyişdirmək olacaq. xəbər verir ki, bunu  -a açıqlamasında təhsil ekspert Ramin Nurəliyev bildirib. O qeyd edi

DİM sədrliyindən BDU-nun rektorluğuna - Məleykə Abbaszadənin dosyesi

Prezident İlham Əliyevin Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad olunub. Dövlət başçısının digər sərəncamı ilə o, Bakı Dövlət Universitetinin yeni rektoru təyin edilib

Bu cərimələr 150 faiz artırılır

Azərbaycanda bəzi cərimələr azaldılır, bəziləri isə artırılır. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəd

Tural Əlizadəyə vəzifə verildi

1 saylı Bakı DOST Mərkəzinə yeni direktor təyin edilib. -a istinadən xəbər verir ki, bu vəzifənin icrası Tural Əlizadəyə tapşırılıb. O, bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) insan resurslarını

Əməkdar müəllim vəfat etdi

Əməkdar müəllim Səməd Həsənov 52 yaşında vəfat edib. Bu barədə Naxçıvan Şəhər Təhsil Şöbəsi məlumat yayıb. Bildirilib ki, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin tarix müəllimi Səməd Həsənov uzun sürən onkoloji xəstəlikdə

İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub. Zərərçəkən ağır xəsarətlərl

İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib

İranın Qərbi Azərbaycan vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib. xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, Azərbaycan saatı ilə 01:25-də bva

Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi

Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib

Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI

Azərbaycanda kredit borcu olan şəxsin vəfat etməsi onun bank qarşısındakı öhdəliklərinin taleyi ilə bağlı bir sıra suallar yaradır. Xüsusilə, dünyasını dəyişən şəxsin övladlarının və digər ailə üzvlərinin həmin borcu ödəməy


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bu gun xəbərlər.com son xeber az cəbhədən son məlumat