Tanınmış idmançı azadlığa buraxıldı - FOTO

Tanınmış idmançı azadlığa buraxıldı - FOTOXuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə tanınmış idmançı Vüqar Kərəmov azadlığa buraxılıb.
KONKRET.azxəbər verir ki, cəza müddəti başa çatan Vüqar Kərəmov saxlandığı İstintaq Təcridxanasından sərbəst buraxılıb. Onunla birgə ittiham olunan Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov və Rüfət Əsədov bir neçə gün qabaq azadlığa çıxıb.
Qeyd edək ki, hadisə ötən il Səbail rayonu ərazisində baş verib.
İttihama görə, təqsirləndirilən idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.
Cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılıb. Bu il yanvarın 31-də Ruslan Əfəndiyev və onun tələbələri – Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbs qətimkan tədbiri seçilib. Tofiq Musayev və Mehman Məmmədov istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Daha sonra təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.
İstintaqın sonunda iş üzrə təqsirləndirilən Mehman Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Səbail rayon Məhkəməsinin hökmü ilə Xəzər Rüstəmov, Rüfət Əsədov və Ruslan Əfəndiyev, Vüqar Kərəmovun hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Tofiq Musayev isə 1500 manat miqdarında cərimə edilib.
Tanınmış idmançı azadlığa buraxıldı - FOTO

İdman       Tarix: 06 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

Cüdoçumuz dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında üçüncülük görüşünə çıxıb. xəbər verir ki, o, bürünc medal uğrunda qazaxıstanlı Abilayxan Zubanazar ilə qarşılaşıb. İdmançımız görüşdə ipponla qalib gələrə

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind


son xeberler yeni xeberler azerbaycan xeberleri meherremlik 2026 xeberler bugun 2026 kriminal bugun enson xeberler