Təbii qazın qiyməti ilə bağlı ƏHALİYƏ VACİB XƏBƏR

Təbii qazın qiyməti ilə bağlı ƏHALİYƏ VACİB XƏBƏRNoyabrın 15-dən Azərbaycanda istilik mövsümü başlayıb. Mərkəzi istilik sistemindən yararlana bilməyənlər qazla olan qızdırıcılara üstünlük verirlər. Havaların soyuması təbii qaza olan tələbatı daha da artırır, eyni zamanda, qazın təzyiqinin müxtəlif ərazilərdə aşağı olduğu bildirilir. Bununla yanaşı, qış aylarında qazın qiymətində artım olacağını düşünənlər də az deyil.
Bəs görəsən, belə bir artım gözləniləndirmi? Evlərə verilən qazın təzyiqinin qənaətbəxş olmaması nə ilə əlaqəlidir?
Mövzu ilə bağlı oxu.az-a açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev payız-qış mövsümünə hazırlığın may ayından başlanıldığını söyləyib:
"Hər il hazırlıq işinə may ayından başlayırıq. Bu görülən tədbirlər konkret olaraq soyuq aylarda abonentlərə təhlükəsizlik şəraitində və davamlı olaraq qazın verilməsinin təmininə xidmət edir. Hazırlıq istənilən xidmətlər üzərində aparılır. Korroziyaya uğramış hissələrin yeniləri ilə əvəz olunması, yeraltı boru xətlərinin dayaqlar üzərinə qaldırılması, şkafların və avadanlıqların yoxlanılması, yenilənməsi, təzələnməsi, yeni xətlərin çəkilməsi - bunların hər birinə nəzarət olunur".
E.Vəliyev qeyd edib ki, ötən illərə nisbətən bu il qışa daha hazırlıqlıdırlar:
"Qış mövsümü elan olundu. Bundan iyirmi gün öncə qışa tam hazır olduğumuzu elan etdik. Qışa uyğun olaraq qazın təzyiqinin tənzimlənməsi başlanıldı. 2 milyon 500 min abonent qazla təmin olunur.
Müəyyən ərazilərdə adekvat olmayan təzyiq müşahidə oluna bilər. Bu o demək deyil ki, belə də qalacaq. Xeyr. Əməkdaşlarımızın vasitəsilə həmin ərazilərə nəzarət edirik. Hansı ərazilərdə təzyiqlə bağlı qış mövsümünə adekvat olmayan təzyiq müşahidə olunursa, dərhal müdaxilə edirik. Normallaşdırırıq. Təzyiqlə bağlı problemin keçid dövrü qısa olacaq. Böyük bir mənada təzyiq problemi yaşanmır. Lokal ola bilər. Güman edirəm ki, çox ciddi şəkildə abonentlərimiz problem yaşamayacaqlar".
"Qazın qiymətində artım olacağı ilə bağlı məsələ yoxdur. Gündəmdə deyil. Yəni hələ bu məsələ müzakirə mövzusu deyil", - deyə E.Vəliyev əlavə edib. / azxeber.com

İqtisadiyyat       Tarix: 19 noyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın broyler müəssisəsi əmlak kompleksini satmaq istəyir

Dekabrın 14-də, saat 11:00-da "Şurabad Broyler" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə ünvanınd

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

"Dreamland Baku" "AIREX 2026" sərgisində - Fotolar

"Dreamland Baku" Azərbaycanın premium yaşayış, istirahət və investisiya imkanlarını beynəlxalq auditoriyaya təqdim edir. 4-6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxal

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosia

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub. xəbər verir ki, 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı iştirakçıla

Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR

Noyabrın 12-də Marsol Group partnyorları "Galvier Menswear" kişi geyimləri mağazasının açılış mərasimində iştirak ediblər. xəbər verir ki, tədbir işgüzar və səmimi atmosferdə baş tutub. Açılış mərasimində "Galvie


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta xeber saytlari şou biznes xəbərləri bugun xeberler