Tədris və iş bir arada – Kristal Abşeron və 'Changers Academy'dən möhtəşəm fürsət
İnşaat sahəsində karyera qurmaq istəyənlər üçün yeni tədris və iş imkanı
Kristal Abşeron və "Changers Academy" birgə əməkdaşlıq çərçivəsində yeni tədris və iş proqramı təqdim edir. Bu proqram tikinti sahəsində təcrübə qazanmaq, karyerasına sıfırdan başlamaq və mövcud biliklərini inkişaf etdirmək istəyənlər üçün nəzərdə tutulub.
Tikinti layihələrinin idarə olunması tədris proqramı 3 ay müddətində davam edəcək və bu müddət ərzində iştirakçılar layihə idarəetmə prinsipləri, inşaat proseslərinin mərhələləri, resurs planlaması, büdcə, vaxt və risklərin idarə edilməsi kimi sahələrdə biliklər əldə edəcəklər. Tədris müddətində tələbələr Kristal Abşeronun inşaat layihələrində iştirak edərək sahə və ofis texniki gəzintilərində yer alacaq, real praktiki təcrübə qazanacaqlar.
Tədris proqramını uğurla tamamlayan iştirakçılar Kristal Abşeronda iş imkanı əldə etmək şansı qazanacaqlar. Hazırda qeydiyyat davam edir və qısa müddət ərzində yeni qrupların tədrisə başlaması planlaşdırılır.
Proqramın əsas üstünlüyü ondadır ki, iştirakçılar öyrəndikləri nəzəri bilikləri birbaşa real layihələr üzərində tətbiq edəcəklər. Tədrisi Kristal Abşeron şirkətinin Layihələrin İdarəolunması Departamentinin rəhbəri Elmin Yusifov aparacaq. O, Azərbaycan, Türkiyə və Gürcüstanda mühüm tikinti layihələrinin idarə olunması üzrə geniş təcrübəyə malikdir.
"Changers Academy" müasir dövrdə tələbatın yüksək olduğu sahələr üzrə ixtisaslaşmış tədris müəssisəsidir. Akademiya Tikinti layihələrinin idarə olunmasından başqa Dijital Memarlıq, Rəqəmsal Marketinq, İnteryer dizayn, Qrafik və Motion dizayn kimi istiqamətlərdə peşəkar mütəxəssislər yetişdirir.
Qeydiyyat və əlavə məlumat üçün 010 255 75 55 nömrəsi ilə əlaqə saxlaya və ya İnşaatçılar metro stansiyasının yaxınlığı, Abbas Mirzə Şərifzadə küçəsi 104 ünvanında yerləşən ofisə yaxınlaşa bilərsiniz / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var