Təhlükəsizlik orqanlarımızın Fransa kəşfiyyatına yaşatdığı ŞOK - Paris mətbuatında

Təhlükəsizlik orqanlarımızın Fransa kəşfiyyatına yaşatdığı ŞOK - Paris mətbuatındaAzərbaycan Respublikası Qarabağ zəfərinin ardınca atdığı qətiyyətli addımlarla Qərb mətbuatının diqqətindədir.
Dövlətimizin prinsipial mövqeyi, təhlükəsizlik orqanlarının geniş üfuqdə apardığı iş və hücum diplomatiyası qarşısında iç üzü açılan uğursuz Makron hökumətinin düşdüyü çıxılmazlar və mövqe itkiləri, Yelisey sarayında yaşanan siyasi böhran Fransa mətbu səhifərinə sızır.
Məlum olduğu kimi, Azərbaycanın xüsusi xidmət orqanları detalları mətbuata qismən məlum olan nəticələr əldə edib, vaxtilə dünyadakı reytinqi ekranlarda reklam etdirilən Fransa kəşfiyyatının geniş agentur şəbəkəsini ifşa edib. Üstəlik Fransanın başqa dövlətlərin təmsil olunduğu nüfuzlu beynəlxalq təşkilatlara yerləşdirdiyi kəşfiyyatçılar açıqlanma riski və beynəlxalq qalmaqalla üz-üzə qalaraq çətin vəziyyətə düşüb.
Təhlükəsizlik orqanlarımızın Fransa kəşfiyyatına yaşatdığı ŞOK - Paris mətbuatındaBakıda saxlanılan Fransa casusu Martin Rayan
Fransanın dövlət orqanlarına yaxın, dövlətin qapalı qapılar arxasında olan məlumatlarının yayımlanması ilə məşhur olan, məqalələri abunə və ödənişli əsaslarla təqdim edilən "Intelligence Online" mətbu orqanı dünyada əsas müzakirə mövzularından birinə çevrilən Azərbaycan-Fransa arasında yaşanan son olaylara həsr olunmuş məqalə dərc edib.
KONKRET.azTrend-ə istinadən Fransanın "Intelligence Online" nəşriyyatının həmin məqaləsinin məzmununu olduğu kimi təqdim edir:
"Bakıda DGSE mövqeyi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ləğv edilib
Təhlükəsizlik orqanlarımızın Fransa kəşfiyyatına yaşatdığı ŞOK - Paris mətbuatındaAzərbaycan və Fransa arasında diplomatik gərginlik intensivləşir. Xüsusi xidmət orqanlarının vurduğu zərbələrdən ilk zərbəni Milad bayramı ilə Yeni il arasında iki fransız diplomatını ölkədən çıxarmaqla Bakı vurdu. Reallıqda Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti DGSE postunu faktiki olaraq likvidasiya etdi.
"– Katiblə danışmaq olarmı?" Fransanın Azərbaycanın paytaxtı Bakıdakı Səfirliyinin kommutatorunda kişi səsi tərəddüd etdi, həmkarı ilə məsləhətləşdi və cavab verdi: "O, artıq burada işləmir". İyerarxiyada iki pillə aşağı olan başqa bir katiblə bağlı eyni sual da oxşar cavabla nəticələndi.
Təhlükəsizlik orqanlarımızın Fransa kəşfiyyatına yaşatdığı ŞOK - Paris mətbuatındaDiplomatik dəftərxana dekabrın 26-da qəfildən sıralarının azaldığını gördü. Həmin gün Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) iclası çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Moskvada olarkən Fransanın Bakıdakı səfiri Ann Boillon Xarici İşlər Nazirliyinə çağrıldı. Ona məlumat verildi ki, iki diplomat Azərbaycanda "persona non qrata" elan edilib və onlara çantalarını yığmaq üçün qırx səkkiz saat vaxt verilib.
"Intelligence Online"ın məlumatına görə, Fransa səfirliyinin iki "katibi" diplomatik pərdə altında olan DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları olub. Kəşfiyyat xidmətinin rəhbəri rusdilli rabitəçi idi.
DGSE-nin Azərbaycandakı postunun ləğv edilməsi, buna Fransanın tez cavab verməsi və öz növbəsində Azərbaycanın Parisdəki səfirliyindən iki "diplomat" xaric etməsi – xidmət üçün yeni uğursuzluq idi.
Təhlükəsizlik orqanlarımızın Fransa kəşfiyyatına yaşatdığı ŞOK - Paris mətbuatındaBu, dekabrın əvvəlində Burkina Fasoda onun Texniki və İnnovasiya Direktorluğunun (DTI, keçmiş DT) dörd üzvünün həbsindən sonra baş verdi, Jeune Afrique (mətbuat qurumu) tərəfindən verilən məlumata əsasən bu, ölkə xaricində kəşfiyyat sisteminin "dağıdılmasına" səbəb oldu.
Geriyə dönüş
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hakimiyyətə yaxın mediada bu iki şəxsin Azərbaycanda sabitliyi pozmağa yönəlmiş regional casus şəbəkəsinə aid olduğunu iddia edib. Bununla yanaşı, Bakı Fransanı 2020-ci ildə Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında müharibədə İrəvana verdiyi dəstəyə görə tənqid edir (18.09.23).
DGSE-nin bu məğlubiyyətləri Yelisey sarayını dərindən qəzəbləndirdi. Sahel ölkələrində Fransanın mövqelərinə xələl gətirən silsilə dövlət çevrilişlərindən sonra bu baş verənləri, Emmanuel Makronun diplomat Bernard Emieni Kəşfiyyat Xidmətinin rəhbəri postundan azad etməsi qərarını sürətləndirən amil kimi izah edirlər. O vaxta qədər DGSI-nin (Daxili Təhlükəsizlik Baş Müdirliyi) direktoru olan prefekt Nikolas Lerner, açıqladığımız kimi, dekabrın 20-də Nazirlər Şurasında onun yerinə təyin edildi (19/12/23) . O, yanvarın 9-da vəzifəsinin icrasına başlayıb".

Siyasi       Tarix: 15 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstini Milli Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Fələstin xalqını və hökumətini Mill


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər oxu.az xeberler xeberler bu gun xabarlar