TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildiTəhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın əməkdaşlığı ilə həyata keçirilən TəhsilPlus layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində təşkil olunan tədbirlərdə təhsil işçilərinə TəhsilPlus kartları təqdim edilib və layihənin təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib.
Təqdimat mərasimlərində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.
Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə çıxışında bildirib ki, müəllimlərə verilən dəyərin onların gündəlik həyatlarında da hiss olunması vacibdir: "Biz təhsil haqqında danışanda əslində gələcək haqqında danışırıq. Güclü təhsilin və uğurlu gələcəyin mərkəzində müəllimlər dayanır. Ona görə də hesab edirik ki, müəllimlərə verilən dəyər onların gündəlik həyatlarında da hiss olunmalıdır. TələbəPlus layihəsində əldə etdiyimiz təcrübə göstərdi ki, təhsil sahəsinə yönəlmiş həllər insanların gündəlik həyatında real fayda yarada bilir. TəhsilPlus da həmin yanaşmanın davamıdır".
Tədbir zamanı iştirakçılara TəhsilPlus kartının təqdim etdiyi imkanlar, tərəfdaş şəbəkələrində mövcud olan güzəştlər və üstünlüklər barədə ətraflı məlumat verilib. Eyni zamanda bir qrup təhsil işçisinə TəhsilPlus kartları təqdim olunub.
Tədbirdə bildirilib ki, TəhsilPlus kartı təhsil işçilərinə müxtəlif xidmət və məhsullar üzrə güzəşt və üstünlüklər təqdim etməklə onların gündəlik həyatına əlavə dəyər qazandırır. Layihənin gələcəkdə 450 minə yaxın təhsil işçisini əhatə etmək potensialı mövcuddur.
Qeyd edək ki, TəhsilPlus layihəsi təhsil işçilərinin sosial rifahına dəstək olmaq, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına imkan yaratmaq və gündəlik həyatlarına əlavə dəyər qazandırmaq məqsədi daşıyır.
Çıxışçılar tərəfindən qeyd olunub ki, TəhsilPlus kartı təhsil işçilərinə müxtəlif xidmət və məhsullar üzrə güzəşt və üstünlüklər təqdim etməklə onların gündəlik həyatına əlavə dəyər qazandırmağı hədəfləyir. Layihənin gələcəkdə 450 minə yaxın təhsil işçisini əhatə etmək potensialı mövcuddur. Layihənin məqsədi təhsil işçilərinin sosial rifahına dəstək olmaq, onların müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə faydalanmasına imkan yaratmaq və gündəlik həyatlarına əlavə dəyər qazandırmaqdır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.  / azxeber.com

İqtisadiyyat       Tarix: 11 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan xabarlar valyuta məzənnələri xeberler bu gun