Təkbaşına "iclas" keçirən bələdiyyə sədrinə HÖKM OXUNDU

Təkbaşına Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında "iclas" keçirən bələdiyyə sədrinə hökm oxunub.
KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 17 yanvar 2020-ci il tarixdən 31 dekabr 2023-cü il tarixədək olan müddət ərzində Göygöl rayon Toğanalı kənd bələdiyyəsinin sədri olan İslam İmanlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinib və işə məhkəmədə baxılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, bələdiyyə üzvləri sədrinin seçildiyi ilk iclasdan başqa keçirilmiş digər hər hansı iclasda iştirak etməyiblər. Bələdiyyə üzvlərinin Toğanalı kənd bələdiyyəsinin balansında olan torpaq sahələrinin satılması və ya icarəyə verilməsi ilə əlaqədar, o cümlədən bələdiyyə vəsaitlərinin xərclənməsindən xəbərləri olmayıb.
İslam İmanlı məhkəmədə bildirib ki, kənd bələdiyyəsinin inzibati binasında lazımi şərait olmadığı üçün iclasların keçirilməsi mümkün olmayıb və bələdiyyənin fəaliyyətinin həyata keçirilməsini göstərmək məqsədilə üzvləri iclasa çağırmadan, onların formal iştirakını qeyd edərək iclasların təşkil olunmasını süni olaraq protokollaşdırıb. Sabiq bələdiyyə sədri iclas protokollarını Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında olan kompüter otağında təkbaşına tərtib edərək imzalayıb.
Bundan başqa, İslam İmanlı Toğanalı bələdiyyəsinin büdcəsindən vahid niyyətlə 2020-ci büdcə ili ərzində bələdiyyənin 2 892 manat olmuş ümumi büdcəsinin 146.47 manat məbləğində artıq, yəni 1592.47 manat, 2021-ci büdcə ili ərzində bələdiyyənin 4 603 manat olmuş ümumi büdcəsinin 1989.56 manat məbləğində artıq, yəni 4291.06 manat, 2022-ci büdcə ili ərzində bələdiyyənin 5 323 manat olmuş ümumi büdcəsinin 2181.98 manat məbləğində artıq, yəni 4843.48 manat, 2023-cü büdcə ili ərzində bələdiyyənin 5 961 manat olmuş ümumi büdcəsinin 2591.49 manat məbləğində artıq, yəni 5571.99 manat büdcə vəsaitini əməkhaqlarına ayıraraq hüquqi şəxs olan bələdiyyənin qorunan mənafelərinə mühüm zərər vurmaqla öz qulluq səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Məhkəmənin qərarı ilə, təqsirləndirilən şəxs bir il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla iki il müddətinə islah işləri cəzası təyin edilib.

Hadisə       Tarix: 12 fevral 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İzmirdə zavodda baş verən güclü partlayışda 16 nəfər öldü

Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən dəmir-polad zavodunda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilə

Bakıda dava: 33 yaşlı kişi bıçaqlandı

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. teleqraf-a istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev onun ünvanın qeyri eti

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Bakıda qonşusunu qətlə yetirməkdə ittiham olunan Ceyhun Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən hazırlı

Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu

Bakıda 34 yaşlı qadının bıçaq xəsarətləri almasının təfərrüatı məlum olub. KONKRET.azxəbər verir ki, -ın əldə etdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib. Bildirilib ki, 1992-ci il təvəllüdlü İlahə Xankişiyevanı

Naxçıvanda gənc əsgər naməlum şəraitdə öldü

Naxçıvanda hərbi xidmət keçən gənc əsgər naməlum şəraitdə ölüb. -a istinadla xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun oktyabr çağırışlı hərbi qulluqçusu Elnar Tağıyev buraxılışda olarkən Naxçıvan şəhərində yerləşən Sahi

Bakıda kütləvi dava: bıçaqlananlar var

Bakının Nərimanov rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb. teleqraf-a istinadla xəbər verir ki, hadisə Böyükşor ərazisində, Dərnəgül taxta bazarının yaxınlığında baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Sərva

Minaya düşən traktorçunun bir əli amputasiya olundu

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı nəticəsində xəsarət alan traktorçu əməliyyat olunub. xəbər verir ki, hadisə zamanı xəsarət alan Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovu

Nəvəsinin andiçməsindən sonra itkin düşən babanın meyiti tapıldı

Noyabrın 8-də Gəncə şəhərində yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimində iştirak etdikdən sonra itkin düşən Mirzəcan Səmid oğlu Hüseynovun meyiti tapılıb. KONKRET.azxəbər verir ki, "Qafqazinfo"nu

Arvadının vurduğu iynədən şoka düşərək ölən kişi rəis imiş

Xəbər verdiyimiz kimi, Lənkəran rayonunda 56 yaşlı Rasim Qasım oğlu Qasımov iynədən şoka düşərək ölüb. oxuaz-a istinadən xəbər verir ki, R.Qasımov vəzifəli şəxs imiş. Belə ki, o, "Azərişıq" ASC-nin idarələrini


yeni xeberler azerbaycan xeberleri son xeberler apa.az xeberler sonxeberler sou biznes meherremlik 2026