Tekstil sektoruna həsr olunmuş sektorial görüş keçirildi - FOTOLAR
Aprelin 23-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı və "Esen Tekstil" MMC-nin təşəbbüsü və sponsorluğu ilə tekstil sektoruna həsr olunmuş sektorial görüş keçirilib.
azxeber.comxəbər verir ki, tədbirin əsas məqsədi tekstil sahəsində fəaliyyət göstərən qurumlarla dövlət–özəl tərəfdaşlığını gücləndirmək, eləcə də sahədə mövcud aktual məsələləri müzakirə etmək olub.
Görüşdə tekstil sahəsində fəaliyyət göstərən 100-ə yaxın sahibkar və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev assosiasiyanın fəaliyyəti və sektorial görüşlərin əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, bu cür platformalar müxtəlif sahələr üzrə sahibkar və mütəxəssislərin bir araya gəlməsinə şərait yaradır. Onun sözlərinə görə, tekstil sektoru ölkənin qeyri-neft iqtisadiyyatının inkişafında mühüm rol oynayır və bu sahədə dövlət qurumları ilə biznes subyektləri arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tural Mustafayev qeyd edib ki, bu tip təşəbbüslər yerli istehsalın genişlənməsinə, ixrac imkanlarının artırılmasına və yeni layihələrin formalaşmasına töhfə verir.
Tədbirdə çıxış edən Azərbaycan Tekstil Assosiasiyasının icraçı direktoru Fəridə Axundova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Osman Xaliyev, Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsinin rəisi Nicat İmanov, Gömrük Siyasəti Baş İdarəsinin Tarif tənzimlənməsi şöbəsinin rəisi Musa Abbaszadə, İCMA İdarə Heyəti sədrinin müavini və "Moon Group" şirkətinin təsisçisi Ruslan Quliyev, "Azera" Holdinqin rəhbəri Akif Əliyev və "Esen Tekstil" MMC-nin təsisçisi Rəşid Xəlilov tekstil sektorunda aparılan islahatlar və yeniliklər barədə fikirlərini bölüşüblər.
Çıxışlarda sənayenin inkişaf istiqamətləri, yerli istehsalın gücləndirilməsi, ixrac potensialının artırılması, müasir texnologiyaların tətbiqi və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığı məsələləri xüsusi vurğulanıb.
Tədbirin sonunda "Tekstil sektorunun axşam ziyafəti"nin təşkilinə verdiyi dəstəyə görə Rəşid Xəlilov təltif olunub.
Görüş çərçivəsində tekstil sahəsində tətbiq olunan yeniliklər, istehsal proseslərinin optimallaşdırılması, yerli brendlərin inkişafı və dövlət–biznes əməkdaşlığının perspektivləri ətrafında müzakirələr aparılıb. Tədbir iştirakçılar arasında fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə yekunlaşıb.














Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb