"TələbəPlus" kartı ilk sahiblərinə təqdim edildi: tələbələri geniş imtiyazlar gözləyir

KapitalBank,Təhsilin İnkişafı Fondu (TİF) və "Visa" beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında imzalanan memoranduma əsasən tələbələrə yeni həllər təqdim edən "TələbəPlus" kartının təqdimatına start verilib.
4 noyabr 2024-cü il tarixində Bakı DövlətUniversitetində (BDU) həyata keçirilən tədbirdə qəbul imtahanlarında ən yüksəkbal toplayaraq BDU-ya daxil olan 14 nəfər I kurs tələbəsinə "TələbəPlus" kartıtəqdim olunub.
Mərasimdə açılış nitqi ilə çıxış edənBDU-nun rektoru Elçin Babayev bu layihənin uğurlu olacağına inandığını, ali təhsilmüəssisələrinin yaradılan imkandan kifayət qədər bəhrələnəcəyini, bu kartlarıntələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcəyini, tələbələrintəhsil, səhiyyə, mədəniyyət və digər xidmətlərlə bağlı endirimlərdən faydalanabiləcəklərini vurğulayıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətininsədri Elnur Nəsibov da öz növbəsində "TələbəPlus" kartlarının ilk istifadəçiləriolan BDU tələbələrini təbrik edib. O, bu layihənin dövlət-özəl tərəfdaşlığınınuğurlu nümunəsi olduğunu qeyd edib. Layihənin növbəti mərhələdə peşə və ortaixtisas təhsilinə də şamil ediləcəyini bildirən sədr növbəti tədris ilində təhsilsahəsində çalışan əməkdaşların da layihədən yararlana biləcəklərini vurğulayıb.
Kapital Bank-ın Korporativ Satışlardepartamentinin direktoru Qara Əbdülrəhmanov bildirib ki, "TələbəPlus" tələbələrəxüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daharahat və rəqəmsal bir müstəviyə keçirəcək.Belə ki, kart tələbələrə gündəlik xərclərini daha səmərəli şəkildə izləməkfürsəti yaradacaq.
"Visa"nın Azərbaycan üzrə ölkə meneceriNurlan Hacıyevsə "Visa" beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycantəhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib və bu layihəninbir hissəsi olmaqdanməmnunluğunu bildirib.
Xatırladaq ki, "TələbəPlus" kartı təlim mərkəzləri,geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri 200-dənartıq partnyorda imtiyazlar, endirimlər almaq fürsəti yaradır. Həmçinin, MədəniyyətNazirliyi ilə imzalanan müqaviləyə əsasən mədəniyyət obyektləri, muzeylər, sərgisalonlarından istifadə zamanı da tələbələrüçün güzəştlər tətbiq olunacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrindədə xidmətlərin "TələbəPlus"a qoşulması planlaşdırılır.
Ölkəninbirinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ənböyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçünsaytına, 196Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinəmüraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün—, Birbank kartısifarişi üçün —. / azxeber.com

İqtisadiyyat       Tarix: 05 noyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

Azercell və AKM "FireWall 2026" hakatonuna start verir

Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədil

Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək

Çipsi aksizli mal olacaq, hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsinin aksizli malların dairəsinə daxi

Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeber azerbaycanda son xeberler sonxabar az xeberler az