"Tənbəllik" kimi görünən hal əslində nədir? – Görünməyən yorğunluq
Bəzi insanlar cəmiyyət tərəfindən "tənbəl" kimi qiymətləndirilsə də, mütəxəssislər bunun hər zaman doğru olmadığını bildirirlər. Çox vaxt bu hal insanın daxilən yaşadığı dərin yorğunluq və psixoloji yüklənmə ilə əlaqəli olur.
azxeber.com xəbər verir ki, müşahidələr göstərir ki, belə insanlar gündəlik həyatın ən sadə işlərini belə yerinə yetirməkdə çətinlik çəkirlər.
Saatlarla yataqda qalmaq, şəxsi gigiyenaya diqqət yetirməyi təxirə salmaq və ya ev işlərini görməyə güc tapmamaq bu vəziyyətin əsas əlamətləri sırasındadır.
Eyni zamanda, iştahda dəyişikliklər də müşahidə olunur - bəzi insanlar demək olar ki, heç nə yemir, digərləri isə əksinə, nəzarətsiz şəkildə qidalanmağa başlayır.
Sosial əlaqələr zəifləyir, telefon zənglərinə cavab vermək və ya yaxınlarla ünsiyyət qurmaq belə ağır yükə çevrilir.
Psixoloqlar qeyd edir ki, belə insanlar tez-tez diqqətlərini yayındırmaq üçün saatlarla serial və ya video izləyir, lakin buna baxmayaraq, davamlı yorğunluq hissindən qurtula bilmirlər. Özlərini başqaları ilə müqayisə etmək və "niyə heç nə edə bilmirəm?" düşüncəsi isə günahkarlıq hissini daha da artırır.
Əvvəllər zövq verən fəaliyyətlər artıq maraq doğurmur, yuxu rejimi pozulur - ya yuxusuzluq yaranır, ya da uzun müddət yatmalarına baxmayaraq, insan özünü dincəlmiş hiss etmir. Bəzi hallarda isə bu vəziyyət gecə saatlarında gizli şəkildə yaşanan emosional gərginlik və göz yaşları ilə müşayiət olunur.
Mütəxəssislər bildirir ki, bu cür hallar sadəcə "tənbəllik" kimi qiymətləndirilməməli, əksinə, psixoloji dəstək və diqqət tələb edən bir vəziyyət kimi qəbul olunmalıdır.
Aysel
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq