Tərlan Əhmədov: "Artıq yorulmuşuq"
"Hakim səhvlərində axsamalar var. İkinci qola baxacağıq. Artıq yorulmuşuq. Qırmızı, sarı vərəqələr var. Bizə qarşı nəsə olursa, cəza verilmir, biz nəsə edəndə cəza çox sərt olur".
KONKRET.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XIII tur oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis müdafiədə kompakt oynayıb, əks-hücumlar qurmaq istədiklərini bildirib: "Çox danışmaq olar. İkinci hissədə qol da vurduq. Qırılma nöqtəsi buraxdığımız 2-ci qol idi. Komandam yaxşı mübarizə apardı. Səhvlər olmalıdır. İki aydır, buradayam. Oyunçu çatışmazlığı var. Axtarışlar gedir".
Əhmədov "Qarabağ"a qarşı xüsusi planlarının olmadığını vurğulayıb: "Futbolçulara demişdim ki, rəqib oturuşmuş kollektivdir. Biz isə 5 ayın komandasıyıq, mən də cəmi 2 aydır buradayam. Çalışıram ki, komanda inamlı futbol göstərsin. Qışa qədər bilməliyəm ki, nə var, nə yox.
Əks-hücumlarda sürətli olmalı, alınmasa pozisiyalı hücum qurmalı idik. Komandamın gücünə bələdəm. Rəqibin də rotasiyalar edəcəyini gözləyirdik. Sadəcə, inamlı futbol oynamağa çalışdıq. Belə oyunlarda hakimlər daha diqqətli olmalıdır.
Hər bir futbolçu əziyyət çəkir. İkinci qol sınma nöqtəsi idi. Orada Elçin Əlicanovu itələdilər, hakim VAR-a baxmadı. Birinci hissədə futbolçuya dirsəklə zərbə endirilir, hakim deyir ki, təsadüfdür. Belə təsadüf olmur.
Hakim qərarlarına görə əsəbi idim. Bir komandaya 12 tura 26 sarı, 4 qırmızı vərəqə verilməsi çoxdur. Təsadüf varsa, bizim də hansısa epizodumuz təsadüf olsun. Həm maliyyə baxımından hamıdan zəifik, həm də yeniyik. Çalışırıq ki, nəsə edək. VAR sistemi varsa, ədalətli olmalıdır, heç bir komandanın haqqı yeyilməsin".
Turlar.az [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Bakıda yaşayış binasında uçqun
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər