Tezliklə maaşlar artırıla bilər – ŞAD XƏBƏR

Tezliklə maaşlar artırıla bilər – ŞAD XƏBƏRSon illər Azərbaycanda maaşların artırılması ilə bağlı qərarlar qəbul edilsə də, əhalinin böyük hissəsi hesab edir ki, gəlirlərin artım tempi bahalaşmanı tam kompensasiya etmir. Xüsusilə ərzaq, kommunal xidmətlər və digər gündəlik xərclərin bahalaşması fonunda əməkhaqlarının yenidən artırılması məsələsi tez-tez gündəmə gəlir.
Mövcud iqtisadi göstəricilər fonunda Azərbaycanda yaxın dövrdə minimum əməkhaqqının artırılması real görünürmü?
AZXEBEER.COM xəbər verir ki, Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova 2026-cı il üçün büdcə sənədlərində minimum əməkhaqqının 400 manat səviyyəsində saxlanılması nəzərdə tutulduğunu bildirib:
"Bu da yaxın perspektivdə artımın planlaşdırılmadığını göstərir. Lakin, qanunvericilik minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, iqtisadi şərait, inflyasiya və xüsusilə, gündəlik xərclərin bahalaşması fonunda hökumət ildə bir neçə dəfə artım barədə qərar verə bilər. Fikrimcə, mövcud inflyasiya və yaşayış xərclərinin dinamikası onu göstərir ki, minimum əməkhaqqına ildə bir dəfə deyil, ən azı iki dəfə yenidən baxılması daha məqsədəuyğun olardı".
İqtisadçı bildirib ki, qiymətlər il ərzində davamlı dəyişdiyi halda, əməkhaqqının yalnız bir dəfə artırılması əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün kifayət etmir:
"Əməkhaqqının inflyasiya göstəricilərinə uyğun olaraq hər altı aydan bir indeksləşdirilməsi sosial baxımdan daha ədalətli yanaşma hesab edilə bilər. Əks halda nominal maaş artsa da, real gəlirlər azalmaqda davam edir. Son illərə baxsaq, minimum əməkhaqqı müəyyən dövrlərdə 15-20 faiz artırılsa da, eyni müddətdə bir sıra əsas istehlak malları və xidmətlər üzrə qiymət artımı daha yüksək olub.
Məsələn, minimum əməkhaqqı hazırda 400 manatdır. İllik inflyasiyanı ən az 5 faiz götürsək, ilin ortasına qədər bu maaşın real alıcılıq qabiliyyəti təxminən 20 manat azalmış olacaq. Hələ ərzaq inflyasiyası ümumi inflyasiyadan daha yüksəkdir. Məsələn, ərzaq inflyasiyası ən az 7-8% səviyyəsində olarsa, aşağı gəlirli ailələrin faktiki itkiləri daha da artacaq".
Vüsalə Əhmədovanın sözlərinə görə, minimum əməkhaqqının hər altı aydan bir indeksləşdirilməsi daha effektiv mexanizmdir:
"Məsələn, 400 manatlıq minimum əməkhaqqı ilin əvvəlində 10 faiz artırılaraq 440 manata, ilin ikinci yarısında isə inflyasiyanın davam etməsi nəzərə alınaraq əlavə 10-12 faiz artırılaraq təxminən 485-500 manata çatdırıla bilər. Bundan əlavə, Azərbaycanda minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti təxminən 36 faiz təşkil edir. Halbuki Avropa ölkələrinin əksəriyyətində bu göstərici 45-50 faiz intervalındadır. Fransa, Portuqaliya, Sloveniya kimi ölkələrdə hətta 50 faizdən yuxarıdır".
İqtisadçı bildirib ki, AB ölkələrində minimum əməkhaqqı daha yüksək sosial müdafiə təmin edir:
"Avropa İttifaqının Minimum Əməkhaqqı Direktivi"ndə konkret faiz müəyyən edilməsə də, minimum əməkhaqqının adekvatlığı qiymətləndirilərkən, minimum əməkhaqqının orta əməkhaqqının təxminən 50 faizinə və ya median əməkhaqqının 60 faizinə yaxın olması kimi istinad göstəricilərindən istifadə etmək tövsiyə edilir. Bu, aşağı gəlirli əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm hesab olunur". / azxeber.com

İqtisadiyyat       Tarix: 29 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026