TikTok Azərbaycanda TikTok For Business platformasını təqdim etdi

TikTok Azərbaycanda TikTok For Business platformasını təqdim etdiQısa videoların izlənməsivə yaradılması üçün aparıcı platforma olan TikTok, Azərbaycandakı auditoriyaya TikTok For Business platformasını təqdimetdi.
azxeber.com xəbər verir ki, bu platforma biznes vəzifələrinin effektiv həllinə kömək edir, brendlərinyaradıcı potensialını üzə çıxarır və marketinq yanaşmasını yenidən nəzərdən keçirməyə imkan yaradır.
TikTok - yaradıcılıq və özünüifadə, əyləncə və kəşflər üçün birvideoplatformadır və dünyada bir milyarddan çox insan tərəfindən istifadəolunur. TikTok Azərbaycanda müxtəlif yaş, fəaliyyət və peşələrə malik, fərqlimaraq və hobbiləri olan canlı, unikal və çoxşaxəli bir cəmiyyəti bir araya gətirir.Platformanın istifadəçilər arasında artan populyarlığı bizneslər tərəfindənTikTok-a olan marağı artırır.
TikTok for Business-in istifadəyə verilməsi və inkişafı
Azərbaycanda platformaya olan yüksək marağı müşahidə edən TikTok,2024-cü ildə yerli şirkətlərlə əməkdaşlığa başlayaraq onlara kreativ vəeffektiv reklam formatlarını və alətlərini mənimsəməkdə kömək edir.
TikTok for Business platforması: böyük beynəlxalq və yerli şirkətlərdəntutmuş kiçik və orta biznesə qədər; FMCG və gözəllik sənayesindən tutmuşelektron ticarət və video oyunların yaradıcılarına qədər hər miqyasda vəsektorda biznesin inkişafı üçün effektiv alətlər təklif edir.
"TikTok for Businessplatformasının unikal xüsusiyyəti təkcə reklam mesajlarını auditoriyayaçatdırmaq imkanından ibarət deyil, eyni zamanda brendlər istifadəçilərlə eynidildə ünsiyyət quraraq, onların etibarını və sevgisini qazana bilərlər. Bizbiznesə məhz qarşıya qoyulan məqsədləri maksimum dərəcədə effektiv həll etməyəimkan verən həllər tapmaqda kömək edirik. TikTok for Business-in geniş alət dəstiistənilən hədəfə çatmağa imkan verir: yeni məhsulun bazara çıxarılmasındantutmuş satışların artırılmasına qədər. Biz Azərbaycanda şirkətlərin TikTok-unimkanlarını kəşf etməsinə və bizimlə tərəfdaşlıqda biznes göstəriciləriniartırmasına yardım etmək istəyirik," - deyə TikTok-un Azərbaycanda, Türkiyədə, Mərkəzi və Cənubi Asiyada GlobalBusiness Solutions departamentinin rəhbəri Barış Aldanmaz qeyd edib.
Bizneslər TikTok-dan necə istifadə edə bilər
TikTok-da müxtəlif miqyasda və sahələrdə fəaliyyət göstərən şirkətlərorqanik məzmun yarada və marketinq qıfının bütün mərhələlərində öz biznes məqsədlərinihəyata keçirə bilərlər. Platforma brendlərə özləri haqqında məlumatlılığıartırmaq, istifadəçiləri cəlb etmək və loyallığı gücləndirmək, onları tətbiqdənkənar fəaliyyətlərə həvəsləndirmək, konversiyaları artırmaq və satışları yüksəltməkdəkömək edir. TikTok-un Azərbaycanda şirkətlərə həll etməyə kömək etdiyi məsələlər:
1.Fəal və cəlbedici auditoriyaya çatmaq
Dünyanın hər yerindən istifadəçilər TikTok-a yaxşı əhval-ruhiyyə,yaradıcı və maraqlı məzmun üçün gəlirlər. Brendlər də TikTok-u özstrategiyalarına yaradıcılığı və əyləncəni inteqrasiya etmək üçün seçməyəbaşlayıblar. Marketoloqlar artıq istehlakçıları yayındırmaq yerinə, onları əyləndirməyədaha çox diqqət yetirirlər və reklam istehlakçılar üçün narahatlıq yaradanelementdən zövqlə vaxt ayırdıqları məzmuna çevrilir.
TikTok-da reklamların nativlik və yaradıcı yanaşmanın birləşməsi əsasındaqurulması platformanın icması tərəfindən müsbət qəbul edilir. Belə ki,Kantar-ın araşdırmasına görə, istifadəçilərimizin 74%-i platformada olanreklamları kreativ hesab edir, 67%-i isə TikTok-dakı reklamların unikalolduğunu düşünür [1]. Bu, brendlərə TikTok-da müsbət, diqqətli və maraqlıauditoriya ilə ünsiyyət qurmağa və platformadakı tövsiyələrə inanan istifadəçiləricəlb etməyə imkan verir.
2.İstifadəçilərə brend, məhsul və ya xidmət haqqında məlumat almağa köməketmək
TikTok icması yaradıcı düşüncəli və dünyanı kəşf etmək həvəsində olanaktiv insanlardan ibarətdir. Onlar daim yeni kəşflər və ideyalaraxtarışındadırlar, bu ideyalar isə onları real həyatda dəyişikliklərəilhamlandırır. TikTok istifadəçiləri digər onlayn platformalarla müqayisədə 1,8dəfə daha çox razılaşırlar ki, tətbiq onlara əvvəllər düşünmədikləri maraqlımövzuları kəşf etməyə kömək edib [2]. İstifadəçilərin 80%-dən çoxu isəTikTok-un onlara maraqlı brendlər və məhsullar tapmaqda kömək etdiyini bildirir[3].
3.Alış-verişə ilham vermək
TikTok-dareklamlar auditoriya tərəfindən o qədər təbii qəbul edilir ki, platformadaartıq 10 milyondan çox paylaşım olan #TikTokMadeMeBuyIt həştəqi formalaşıb.Bu etiket altında istifadəçilər dünyadan aldıqları məhsulları bölüşür, paketaçır və almaq üçün səbirsizləndikləri məhsullardan danışırlar.
Araşdırmalar göstərir ki, TikTok-da fəal şəkildə reklam olunan məhsullarpopulyarlaşır və platformanın təbii formatında reklamlar auditoriya tərəfindənmüsbət qarşılanır. Belə ki, qlobal sorğuya görə, platforma istifadəçilərinin61%-i TikTok-da məzmunu gördükdən sonra alış-veriş ediblər [4]. TikTok istifadəçilərininisə 76%-i platformadan ilhamlanaraq etdikləri alışlardan məmnun qalıblar[5].
İndi Azərbaycandakı şirkətlər TikTok-da öz bizneslərini inkişafetdirmək üçün marketinq yanaşmalarını yeni səviyyəyə qaldırmaq, hədəfauditoriyası ilə etibarlı dialoq qurmaq, yaradıcılığı və satışları artırmaqüçün güclü alətə çevirmək daxil olmaqla bütün imkanlardan istifadə edə bilərlər.
1.Kantar, Ad PerformanceStudy, 2020
2.TikTok Marketing ScienceGlobal Entertaining Ads Study 2022, conducted by Marketcast
3.TikTok Marketing ScienceMENAT - Brand Shopping Triggers - Conducted by IPSOS 2022
4.TikTok Marketing ScienceGlobal Shopping Ads Product Research Study 2022, conducted by Material
5.TikTok Marketing ScienceMENAT - TikTok Made Me - Conducted by IPSOS 2023
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidie.Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxşetməkdir.
TikTok Azərbaycanda TikTok For Business platformasını təqdim etdiTikTok Azərbaycanda TikTok For Business platformasını təqdim etdiTikTok Azərbaycanda TikTok For Business platformasını təqdim etdiTikTok Azərbaycanda TikTok For Business platformasını təqdim etdi

İqtisadiyyat       Tarix: 25 oktyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbü

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi - FOTOLAR

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub

5–6 noyabr tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan forumda ölkəni

Bu müavinətlər artırılır - Komitə sədri təsdiqlədi

2027-ci ildə məcburi dövlət sosial sığortası hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşaqlara qulluğa görə, eləcə də dəfn üçün müavinətləri

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti

8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?

Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurdu - FOTOLAR

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR

8 Noyabr – Zəfər Günü münasibətilə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri Zəfər abidəsini ziyarət ediblər. xəbər verir ki, ziyarət çərçivəsində sahibkarlar abidə önünə gül dəstələr

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeber valyuta mezenesi son xeber 2026 xeber az