TikTok-da "Komediya Klubu": İzlə, gül və düşün

TikTok-da TikTok,qısa və dinamik videoları ilə istifadəçilərin diqqətini cəlb edən, yaradıcı məzmununasanlıqla viral olmasını təmin edən unikal bir platformadır. Burada əyləncəli,informativ və hətta maarifləndirici kontentlə yanaşı, güldürən və düşündürənkomediya videoları da geniş auditoriya tərəfindən böyük maraqla qarşılanır.
Yaradıcılarkomediya kontenti yaratmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bəzilərigündəlik həyatdakı tanış və hamının başına gələn situasiyaları şişirdilmişformada təqdim edərək insanlara gülüş bəxş edir, digərləri isə ironik vəsatirik yanaşma ilə sosial məsələləri qabardırlar. Mimikalar, jestlər, bədəndili və səsləndirmə bacarıqları da bu komediya videolarını daha təsirli vəyaddaqalan edir.
TikTok-dakomediya kontentinin populyarlığının əsas səbəblərindən biri də bu məzmunun çoxrahat paylaşılması və kütləvi yayılma potensialıdır. Bu yazıda TikTok-unkomediya dünyasında öz fərqli yanaşmaları və orijinal məzmunları ilə məşhurlaşmışdörd yaradıcıdan bəhs edəcəyik.
@remzi.elekberov
Buməşhur yaradıcının 206 mindən çox izləyicisi var və əksər videoları milyonlarlabaxış toplayır. O, təkbaşına bir videoda eyni anda 4-5 fərqli obraz yaradır - qoca,gənc, xanım və daha çox. Məhz bu unikal yanaşması onu digərlərindən fərqləndirirvə izləyicilərinin sevimlisinə çevirir.
Rəmzi,sosial media platformalarında qazandığı populyarlıq sayəsində artıq peşəkar səhnəyəqədəm qoyub və yüzlərlə tamaşaçı qarşısında ikinci solokonsertinə hazırlaşır.
Onun ilk viralvideolarından biri "Buradan N. Nərimanovmetrosuna necə getmək olar?" mövzusunda olub. Bu videoda o, altı fərqli obrazıcanlandıraraq eyni suala müxtəlif, özünəməxsus və gülməli cavablar verib. Cəmi22 saat ərzində video 1 milyon baxışı keçib və hazırda 3,2 milyon baxıştoplayıb.
Rəmzinin ən çox sevilənobrazlarından biri isə qonşu xaladır. Bu xarakter daimqonşularının qapısını döyərək ya ərzaq, ya da müxtəlif ləvazimatlar istəyir,eyni zamanda da qonşunun oğlu ilə digər qonşuların qeybətini etməyə çalışır.Onun yumor dolu və orijinal məzmunları sizi güldürəcək və əhvalınızıqaldıracaq!
@alimcafar
Bir-birindən gülməli vəorijinal məzmunları ilə qısa zamanda populyarlıq qazanan bu yaradıcı, izləyicilərinböyük rəğbətini qazanıb. Onun hazırladığı videolar, gündəlik həyatdangötürülmüş, hər kəsin yaşadığı, amma bəzən sözlə ifadə edə bilmədiyi məqamlarıyumoristik şəkildə təqdim edir. Məzmunlarının altındakı şərhlər də göstərir ki,izləyicilər onun toxunduğu mövzularla tamamilə razılaşır, öz həyatlarında da busituasiyaları yaşadıqlarını bildirirlər. Bu isə onun auditoriyası ilə səmimi vəgüclü bir əlaqə qurduğunu sübut edir.
Hesabın paylaşımları xüsusiləyüksək baxış sayı və statistikaları ilə seçilir. Onun ən çox izlənilənvideoları arasında ailə üzvləri – xüsusilə analar və atalar haqqındakı yumoristik səhnələryer alır.
Hesabın indiyə qədər ən yüksəkgöstərici qazanan videosu isə "Mamayasaxlamaq üçün verdiyin pulu sonra ala bilməmək" mövzusunda olub və 774,7 minbaxış sayı toplayıb. Bu video, izləyicilər arasında böyük rezonans doğurub,çünki çoxlarının real həyatda yaşadığı və tez-tez zarafat mövzusuna çevirdiyibir situasiyanı yumoristik tərzdə təqdim edib.
@mhasanof 
Cəmi 8 ay əvvəl TikTokplatformasında məzmun paylaşmağa başlayan bu yaradıcı, qısa zamanda sürətliyüksəliş əldə edərək izləyici auditoriyasını genişləndirib. Hazırda onun hesabı173 mindən artıq izləyiciyə sahibdir və paylaşılan hər bir video yüksək baxışsayı və interaktivliklə seçilir. Onun ilk paylaşımı belə viral olub, 712 minbaxış sayı toplayaraq diqqət çəkib.
Ən maraqlısı isə odur ki, buhesabın da ən çox izlənilən videoları əsasən analar və atalarla bağlıdır.Görünür, istifadəçilər gündəlik həyatda yaşadıqları, amma bəzən ifadə edə bilmədikləriailəvi situasiyaları onun videolarında tapırlar.
Məsələn, "Hər şeydəpanika yaradan analar" mövzusunda hazırladığı video böyük rezonans doğurub və1,3 milyon baxış sayı toplayıb. Videoda anaların hətta ən kiçik məsələlərdə belənarahatlıq keçirməsi və bu narahatlığın bəzən həddən artıq şişirdilməsiyumoristik bir tərzdə təqdim edilib.
Bundan əlavə, dostunu atası ilətanış edən bir gəncin yaşadığı maraqlı və bəzən gülməli vəziyyətlərdən bəhsedən videosu da böyük populyarlıq qazanıb. Bu video 1,4 milyon baxış sayı əldəedərək platformada geniş yayılıb.
@thesheemamoto
Rus dilində məzmun yaradanyaradıcılar arasında özünəməxsus üslubu və maraqlı obrazları ilə seçilən bu şəxs,qısa zamanda izləyicilərin diqqətini çəkərək populyarlıq qazanıb. Onunvideoları yalnız yumoristik məzmun deyil, həm də düşünülmüş obrazlar və peşəkar ifa tərzi ilə fərqlənir.O, hər detalı incəliklə işləyir – geyimi, pariki, danışıq tərzi, aksessuarlarıvə bədən dili birləşərək izləyicinin qarşısında tam, canlı bir xarakteryaradır.
Onun təqdim etdiyi obrazlarolduqca müxtəlifdir. O, müəllim, ana, nənə, uşaq,tələbə və bir çox fərqli rollara girərək gündəlik həyatda rast gəlinənsituasiyaları gülməli tərzdə canlandırır. Hər bir obrazın özünəməxsus xarakterivar və izləyicilər onları asanlıqla tanıyır, real həyatda rast gəldikləriinsanlarla müqayisə edirlər. Bunun sayəsində videoları həm əyləndirir, həm dəinsanları düşündürərək onları öz gündəlik həyatlarına başqa prizmadan baxmağasövq edir.
Hesabın ən çox baxış toplayanvideolarından biri isə universiteti yenibitirmiş bir gəncin yaşadığı vəziyyətlər və bunun yumoristik təsviri haqqındadır. Bu video2,1 milyon baxış sayı toplayaraq platformada geniş rezonans doğurub.
Beləliklə, o, sadəcə məzmunyaradıcısı deyil, eyni zamanda izləyicilərin gündəlik həyatında mühüm yer tutansituasiyaları ustalıqla ekrana gətirən bir rəqəmsal fenomendir.
Bu yaradıcılar təkcə məzmunistehsalçıları deyil, həm də platformaların yeni dövründə insanları birləşdirən,onları ortaq təcrübələr ətrafında bir araya gətirən şəxslərdir. Gülüş vasitəsiləmünasibətlər qurur, gündəlik problemləri yumorla həll etməyə kömək edir və izləyicilərinəxoş anlar yaşadırlar.
Görünən odur ki, bu tendensiyagetdikcə daha da güclənir və komediya janrında fəaliyyət göstərən yaradıcılar platformalardaəhəmiyyətli rol oynamağa davam edirlər. Unikal üslub, orijinal yanaşma vətamaşaçı ilə qurduqları güclü əlaqləri onları sadəcə TikTok fenomeni deyil, həmdə yeni nəslin əyləncə mənbəyi edir. / azxeber.com

İqtisadiyyat       Tarix: 15 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Bu müavinətlər artırılır - Komitə sədri təsdiqlədi

2027-ci ildə məcburi dövlət sosial sığortası hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşaqlara qulluğa görə, eləcə də dəfn üçün müavinətləri

İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub

5–6 noyabr tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan forumda ölkəni

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub

Sahil Babayev: 'Daha 35 dövlət müəssisəsinin III rüb üzrə maliyyə göstəriciləri təhlil edilir

Bu il Azərbaycanda dövlət müəssisələrinin maliyyə vəziyyətinin monitorinqi çərçivəsində I rüb üzrə 10, II rüb üzrə 22 müəssisənin maliyyə göstəricilərini əhatə edən hesabatlar hazırlanıb, hazırda daha 35 müəssisənin II rü

26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər

Bakının Biləcəri qəsəbəsində,"Avtovağzal" metro stansiyasının yaxınlığında yerləşən Kristalın BiləcəriYaşayış Kompleksində 2 otaqlı studiya mənzillər üçün son satış fürsətləri təqdimolunur. Tikinti mərhələsind

Nərimanovda mənzillər üçün yeni satış şərtləri - FAİZSİZ

Nərimanovda təməldən mənzillərin FAİZSİZkreditlə satışı davam edir!. Bakının Nərimanov rayonunda yerləşən CityGarden Narimanov yaşayış kompleksində yeni mərhələ üzrə mənzillərin təməldənsatışına başlanılıb. Alıcılar üçü

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr - Zəfər Günü ərəfəsind

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü

Müasir bankçılıq gündəlik həyatı necə asanlaşdırır?

Gündəlik həyatda maliyyə əməliyyatlarının sürətli və rahat olması artıq hər zamankından daha vacibdir. İnsanlar alış-veriş edərkən, ödənişlərini planlaşdırarkən, pul köçürərkən və şəxsi büdcələrinə nəzarət edərkən daha prakti


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun oxu.az xeberler cəbhədən video xabar az