"Togg"un sifarişləri 100 MİNİ KEÇDİ
Bir həftə ərzində Türkiyənin yerli və milli elektromobil brendi olan "Togg" üçün öncədən sifarişlərin sayı 100 mini ötüb.
KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Avtomobil Təşəbbüs Qrupu məlumat yayıb.
Məlumatda deyilir ki, ilkin sifarişdə iştirak üçün son tarix martın 27-si olsa da, nəqliyyat vasitələrinin sahibləri martın 28-i tarixdə tirajla rəsmi olaraq müəyyən ediləcək.
Qeyd edək ki, elektromobilin ön sifarişləri 16-27 mart tarixlərində həyata keçirilir. Şirkət martın 16-da 4 saata 7 734, 24 saata 22 150 avtomobil sifarişi qəbul edib. Bu göstərici 3 günə 41 min olduğu halda 7 günün tamamında 100 minə çatıb.
Xatırladaq ki, 2022-ci ilin oktyabrın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın test sürüşü edib. R.T.Ərdoağadan sonra avtomobil üçün ön sifariş verən ilk şəxs Azərbaycan Prezidenti İlham Əliyevdir. Ölkə başçısı 2 "Togg" avtomobili sifariş verib.//Report

Əməkdar müəllim vəfat etdi
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu