Torpaq bazarında rekord artım – Daşınmaz əmlak bahalaşmaqda davam edir

Torpaq bazarında rekord artım – Daşınmaz əmlak bahalaşmaqda davam edir"2026-cı ilin iyun ayı üzrə Bakı şəhərinin daşınmaz əmlak bazarında aparılan müşahidələr göstərir ki, bazarda qiymət artımı davam edib. May ayı ilə müqayisədə iyun ayında yay mövsümünün başlaması, alıcı fəallığının yüksəlməsi və investisiya məqsədli alışların artması nəticəsində bütün əsas seqmentlər üzrə müsbət dinamika qeydə alınıb. Ən yüksək artım yenə də torpaq bazarında müşahidə olunub".
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatında qeyd edilib.
Məlumatda deyilir ki, iyun ayında daşınmaz əmlak bazarında əsas hərəkətverici qüvvə yenə də torpaq seqmenti olub.
Mövsümi aktivlik, fərdi yaşayış evlərinə marağın artması və yeni tikinti üçün yararlı torpaq ehtiyatlarının məhdudlaşması qiymətlərin daha sürətli yüksəlməsinə səbəb olub.
Mənzil bazarında isə yeni tikili və kotlovan layihələrində artım davam etsə də, köhnə tikili mənzillərdə qiymət artımı əvvəlki aylarla müqayisədə daha mülayim olub.
 1.      MƏNZİL BAZARI ÜZRƏ İYUN AYI DİNAMİKASI (%) 
Yeni tikili mənzillərə tələbat sabit artım nümayiş etdirib. Kotlovan mərhələsində olan layihələr investorlar üçün ən cəlbedici seqment olaraq qalmaqda davam edib. Köhnə tikili mənzillərdə isə bazarda təklifin nisbətən çox olması səbəbindən artım tempi daha mülayimdir.
Torpaq bazarında rekord artım – Daşınmaz əmlak bahalaşmaqda davam edir2. TORPAQ VƏ DİGƏR SEQMENTLƏR ÜZRƏ İYUN AYI DİNAMİKASI (%) 
İyun ayında Xəzər, Sabunçu və Suraxanı rayonlarında torpaq bazarı rayonlar arasında liderlik edərək ən yüksək aktivlik nümayiş etdirib. Mərkəzi rayonlarda isə məhdud təklif fonunda fərdi yaşayış evlərində artım sabit qalıb.
Torpaq bazarında rekord artım – Daşınmaz əmlak bahalaşmaqda davam edirİyun ayının nəticələri göstərir ki, Bakı şəhərinin daşınmaz əmlak bazarında qiymət artımı davamlı xarakter alıb. Ən yüksək artım torpaq bazarında qeydə alınır. Kotlovan layihələri investisiya baxımından cəlbediciliyini qoruyur, yeni tikili mənzillərdə sabit yüksəliş müşahidə olunur, köhnə tikili mənzillərdə isə qiymət artımı daha mülayim templə davam edir. Mövcud dinamikanın ilin ikinci yarısında da bazarın ümumi inkişafını dəstəkləyəcəyi gözlənilir.
İyun ayı üzrə təqdim etdiyimiz dinamikanı və 2026-cı il üçün gözlənilən illik artımların təxminən yarısının artıq formalaşdığını nəzərə alaraq, rayonlar üzrə 2025-ci ilin iyun ayı ilə müqayisədə vəziyyəti belə təqdim etmək olar:
Torpaq bazarında rekord artım – Daşınmaz əmlak bahalaşmaqda davam edirİlk yarımillikdə ən yüksək qiymət artımı Xəzər, Sabunçu, Suraxanı və Binəqədi rayonlarının torpaq bazarında, həmçinin Səbail, Yasamal və Nəsimi rayonlarında kotlovan layihələrində müşahidə olunub. Bakı üzrə ən dinamik seqment torpaq bazarı olaraq qalır və bəzi ərazilərdə qiymət artımı artıq illik proqnozun yarıdan çox hissəsini təmin edib.
Seqment 2026-cı ilin ilk 6 ayı üzrə qiymət artımı Yeni tikili mənzillər 7% Köhnə tikili mənzillər 5% Kotlovan layihələri 9% Torpaq sahələri 13% Qeyri-yaşayış obyektləri 7% Fərdi yaşayış evləri 6%
Torpaq bazarında rekord artım – Daşınmaz əmlak bahalaşmaqda davam edirBeləliklə, 2025-ci ilin iyun ayı ilə müqayisədə bazarda artım davam edib və ən yüksək dinamika yenə də torpaq bazarında müşahidə olunub. İlk yarımilliyin nəticələri göstərir ki, torpaq və kotlovan seqmentləri illik proqnozları qabaqlayır, mənzil və obyekt bazarında isə artım daha sabit xarakter daşıyır. Mövcud tendensiya qorunarsa, ilin sonuna qədər torpaq bazarında 25%-ə, kotlovan layihələrində isə 18%-ə yaxın illik qiymət artımı qeydə alına bilər.
Torpaq bazarında rekord artım – Daşınmaz əmlak bahalaşmaqda davam edir

İqtisadiyyat       Tarix: 07 iyul 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.167 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.57% bahalaşaraq 56.19 AB

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026