Tramp və Putin eyni siyasət yürüdür: ABŞ-ın mövqeyindəki 180 dərəcəlik dəyişikliyin SİRRİ

Tramp və Putin eyni siyasət yürüdür: ABŞ-ın mövqeyindəki 180 dərəcəlik dəyişikliyin SİRRİDünyanı gözləyən müharibə təhlükələri bütün bəşəriyyəti narahat edir. Böyük güclərin toqquşduğu müharibə meydanlarında yüz minlərlə insan həyatını itirib və ya şikəst olub. Üç ildir davam edən Ukrayna-Rusiya müharibəsində tərəflər hələ də razılığa gələ bilməyib və münaqişə nəticəsində minlərlə dinc insan ölüb. Yaxın Şərqdə İsrail-Fələstin qarşıdurması da, dünyanı narahat edən bölgələrdən hesab olunur. ABŞ-da seçkilərdən sonra hakimiyyətə gələn Donald Tramp seçki öncəsi verdiyi sözə əməl etmək niyyətindədir. Tramp bildirmişdi ki, hakimiyyətə gələn kimi  Rusiya-Ukrayna müharibəsinə son qoymağa çalışacaq. Eyni zamanda Moskvanı küncə sıxışdıran dünya birliyi Şimal qonşumuza tətbiq etdiyi sanksiyalarla Rusiyanı zəiflədəcəyini düşünürdü. Trampın hakimiyyətə gəlişi böyük ehtimalla bəzi riskləri aradan götürəcək. Artıq Rusiya və ABŞ prezidentlərinin telefon danışığı da baş tutub və iki saata yaxın davam edən telefon söhbətində tərəflər dünya nizamını müzakirə ediblər.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Xəyal Bəşirov bildirib ki, Donald Trampla Vladimir Putinin telefon danışığı bəzi mətləblərə aydınlıq gətirəcək:
Tramp və Putin eyni siyasət yürüdür: ABŞ-ın mövqeyindəki 180 dərəcəlik dəyişikliyin SİRRİ"Xeyli müddət sonra ABŞ ilə Rusiya dövlət başçılarının ünsiyyətinin şahidi olduq. Bu, Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri ilk dialoq idi. Rusiyanın Ukraynaya hücumunmdan sonra Putin və ümumiyyətlə Rusiya rəsmləri arzuolunmaz şəxs hesab edilmiş, onlar beynəlxalq aləmdən  təcrid vəziyyətinə düşmüşdülər. Bu telefon danışığı bir çox məsələlərə aydınlıq gətirəcək. Donald Tramp da Putin kimi başqa dövlətlərə ərazi iddiaları irəli sürüb. Trampın Qrenlandiya, Kanada və  Panama iddiası Putinin siyasətinə bənzəyir. Amma bir məsələni diqqətdən qaçırmayaq ki, bu, Rusiya-Ukrayna müharibəsində daim Kiyevin yanında olan ABŞ-ın mövqeyində 180 dərəcəlik dəyişiklik deməkdir. Proses ondan xəbər verir ki, Tramp hakimiyyətə gələrkən verdiyi sözünün üstündə durur. Bu, onu göstərir ki, artıq Amerika Ukraynaya dəstək verməkdən yorulub. İndi onlar bu prosesi davam etdirmək istəmir. Rusiya-Ukrayna müharibəsində hər iki tərəf ciddi itkilərə məruz qalıb. Rusiya ilə Ukrayna arasında düşmənçilk yaranıb və təbii ki, burada hər hansı bir tərəfin qələbəsindən söhbət getmir".
Daha sonra politoloq prezidentlərin bir-birilərini qarşılıqlı səfərlərə dəvət etməsindən danışıb:
"Bu, ona işarədir ki, ABŞ Rusiya ilə münasibətləri yumuşaltmaq niyyətindədir. Ən azından bu prosesi hazırki səviyyədə saxlamaq istəyi var. Daha sonrakı proseslər hadisələrin gedişatından aslı olacaq. Rusiya-Ukrayna müharibəsi bitəndən sonra tərəflərin siyasətində yenidən dəyişiklik ola bilər. Böyük ehtimalla bütün bunlar dünya düzəninə böyük təsir göstərəcək".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 13 fevral 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən şad xəbər ensonxeberler cəbhədən son vəziyyət şou biznes xəbərləri