Trampın andiçməsinə kim nə qədər ödədi?
Bu gün ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.
KONKRET.azCNN-ə istinadən xəbər verir ki, inauqurasiyası üçün rekord məbləğ- 250 milyon dollar toplanıb. CNN-dən daha sonra bildirilib ki, vəsait Trampın və onun vitse-prezidenti Ceyms Devid Vansın inauqurasiya komitəsi, eləcə də inauqurasiya tədbirləri üçün digər böyük fandreyzinq təşkilatları tərəfindən yığılıb. Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə Donald Trampın əvvəlki inauqurasiyası cəmi 107 milyon dollar toplanmışdı. Verilən məlumata görə, Respublikaçıların inauqurasiyasını iri texnologiya şirkətləri maliyyələşdirəcək, onların rəhbərləri bu gün Vaşinqtonda keçiriləcək tədbirdə iştirak edəcəklər.Siyahıya "Meta", "Apple", "Amazon", "Google", "Microsoft", "OpenAI" və "Uber" daxildir. Kriptovalyuta sənayesindəki əsas oyunçular da andiçməyə pul xərcləyiblər. "Ripple" 5, "Robinhood" 2,"Coinbase" isə 1 milyon dollarından keçib.
Vəli Həsənoğlu,
KONKRET.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu