Turan, United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi oldu

Turan, United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi olduTürkiyənin ən böyük maliyyə tətbiqlərindən biri olan Turan, Azərbaycanda, United Payment şirkətinin lisenziyası əsasında, rəqəmsal pul kisəsi fəaliyyətinə başladığını açıqlayıb. Bu inkişaf Turanın türk dünyasında maliyyə inteqrasiyasını gücləndirmək vizyonunda mühüm addım olacaq.
Tətbiq sadəcə maliyyə tətbiqi olmaqla yanaşı, türk dünyasını birləşdirən rəqəmsal körpü olma yolunda sürətlə irəliləyir və Azərbaycan bazarına girərək regional türk maliyyə ekosistemini qurmağa hazırlaşır.
Türkiyədə Türk soyluların üstünlük verdiyi yeganə maliyyə tətbiqi olan Turan (United Payment), yaxın gələcəkdə Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi digər türk dövlətlərində də lisenziyalı rəqəmsal pul kisəsi tətbiqlərini həyata keçirməyə hazırlaşır.
Bu, milyonlarla insanın maliyyəazadlığına töhfə verəcək
Türk dövlətləri arasında pul köçürmə dəhlizləri yaratmağı hədəfləyən Turan Azərbaycan, Qazaxıstan, KKTC, Qırğızıstan və Özbəkistana saniyələr ərzində pul köçürmə imkanları təqdim edir. Gündəlik milyonlarla lirə köçürmə həcminə çatan tətbiq, Türkiyədə yaşayan türk soydaşlarının maliyyə əməliyyatlarınıasanlaşdırır və Türkiyə daxilindəki bütün istifadəçilərinə 100% rəqəmsal və sərfəli maliyyə xidmətləri təqdim etməyə davam edir. 
Bu xidmətlər sərhədlərarası əməliyyatları daha əlçatan və daha sürətli edir, türk dünyasında milyonlarla insanın maliyyə azadlığına töhfə verir. 
Türk dünyasında maliyyəsərhədləriniaradan qaldırmağa davam edirik 
Mövzu ilə bağlı fikirlərini bölüşən Turan-ın qurucusu və baş direktoru Özgür Bayraktar deyib: "Azərbaycanda lisenziya ilə fəaliyyətə başlamaq türk dünyasında maliyyə inteqrasiyasının gücləndirilməsi istiqamətində böyük addımdır. Turan pulqabılar arasında pul köçürmə infrastrukturunu gücləndirməklə hədəf ölkələr arasında pul köçürmə dəhlizlərini tamamilə dəyişəcək. Ənənəvi bank sistemləri ilə müqayisədə daha sürətli və daha ucuz həllər təqdim edən Turan, Türk dünyasında maliyyə sərhədlərini aradanqaldıracaq və milyonlarlainsana asanlıqla əldə edilə bilən maliyyə xidmətləri təqdim edəcək".
Turanın, lisenziyasından Türk Dövlətlərində istifadə etdiyi və birlikdə fəaliyyət göstərdiyi iş ortağı United Payment şirkətinin Azərbaycan üzrə Baş İcraçı Direktoru Edqar Abdullayev bunları qeydedib: "Bölgənin fintech sahəsində xidmət göstərən güclü Türk şirkəti olaraq doğmaölkəmiz Azərbaycana verdiyimiz töhfələr çox dəyərlidir. Biz tam əminik ki,lisenziyalaşma prosesindən keçmiş UnitedPayment, Turanın uğurlarını daha da irəli aparacaq. "United Payment"in güclü infrastrukturusayəsində biz Turan-ın innovativ tətbiqləri ilə Azərbaycanda maliyyə rəqəmsallaşmasına böyük töhfələr verməyi hədəfləyirik".
Qeyd: Turan, Azərbaycan Respublikası Mərkəzi Bankının EPT-002 qeydiyyat nömrəli Elektron Pul Təşkilatı lisenziyası əsasında fəaliyyət göstərən United Payment MMC-nin məhsuludur. 
Tətbiqi yükləmək üçün:
İOS:
ANDROID:
Turan, United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi olduTuran, United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi olduTuran, United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi olduTuran, United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi olduTuran, United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi olduTuran, United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi oldu/ azxeber.com

İqtisadiyyat       Tarix: 10 mart 2025
f Paylaş

Oxşar xəbərlər

"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır

2027-ci ildə əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə əmək pensiyasının orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmə

Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-da

8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?

Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurdu - FOTOLAR

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosia

IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək

Potensial geosiyasi və iqtisadi risklər Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək. xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər

Bakının Biləcəri qəsəbəsində,"Avtovağzal" metro stansiyasının yaxınlığında yerləşən Kristalın BiləcəriYaşayış Kompleksində 2 otaqlı studiya mənzillər üçün son satış fürsətləri təqdimolunur. Tikinti mərhələsind

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü


azerbaycan xeberleri yeni xeberler son xeberler apa.az xeberler cebheden xeberler valyuta mezenesi xeber saytlari