TuranBank DOST Agentliyi ilə birgə şəhid övladlarını sevindirdi - FOTOLAR
Hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edən TuranBank bu ənənəyə sadiq qalaraq "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə növbəti uğurlu layihəyə imza atıb.
Belə ki, Bank DOST Agentliyinin "Könüllü DOST" proqramının təşkilatçılığı ilə həyata keçirilən "Miras - İrsimizi Yaşadaq" layihəsi çərçivəsində şəhid övladlarının İsmayıllı rayonu və Şamaxı şəhərinə səfərinin təşkilinə maliyyə dəstəyi göstərib. Layihənin əsas məqsədi şəhidlərimizin övladlarını diqqət mərkəzində saxlamaq və onların sosial qayğı ilə əhatə olunmasını təmin etməklə yanaşı, onları Azərbaycanın zəngin mədəni, tarixi və mənəvi irsi ilə yaxından tanış etmək, onlarda milli kimlik və mənsubiyyət hissinin gücləndirilməsinə töhfə verməkdir.
İştirakçılar ilk olaraq İsmayıllı "DOST Evi" filialını ziyarət edərək rəsm, bədii oyma və xalçaçılıq üzrə ustad dərslərində iştirak ediblər. Daha sonra Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunda uşaqlar üçün kəlağayı sənəti üzrə ustad dərsi keçirilib. Eyni zamanda layihə iştirakçıları bölgənin tarixi-mədəni məkanlarına səfər edib, milli-mənəvi dəyərlərimizi əks etdirən nümunələrlə yaxından tanış olmaq imkanı əldə ediblər.
Ustad dərslərini uğurla tamamlayan iştirakçılara motivasiya xarakterli xüsusi "Miras pasportu" təqdim olunub.
Layihə çərçivəsində həmçinin Şamaxı Astrofizika Rəsədxanasına infotur təşkil olunub. Burada şəhid övladlarına astronomiya elmi, kosmik tədqiqatlar və rəsədxananın fəaliyyəti barədə ətraflı məlumat verilib. Sonda uşaqlara müxtəlif bayram hədiyyələri təqdim olunub.
Qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bank bundan sonra da şəhidlərimizin ailə üzvlərinə, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələr edərək onların üzündə təbəssüm yaratmağa davam edəcək.
TuranBank
Bizimlə etibarlıdır...






/ azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu