Türkiyə 56 ölkə arasında BİRİNCİ OLDU
2022-ci ildə Türkiyə kirayə qiymətlərinin artımına görə 56 ölkə arasında birinci olub.
KONKRET.azxəbər verir ki, bu barədə "Knight Frank" konsaltinq şirkəti məlumat verib.
Bildirilib ki, kirayə qiymətlərinin artımına görə ilk 5-liyə Türkiyə (artım 160,6%), Slovakiya (25,5%), Çexiya (23,5%), İslandiya (22,9%) və Estoniya (21%) daxildir.
Türkiyə Rieltorlar Palatasının rəhbəri Nizaməttin Aşa bildirib ki, ölkədə kirayə qiymətləri 2018-ci ildən qalxmağa başlayıb.
Onun sözlərinə görə, bu, elit mənzillərin tikintisi ilə bağlıdır.
Məlumata görə, Antalyada 2022-ci ildə kirayə haqqının orta qiyməti ayda 200-600 dollardan 2000 dollara yüksəlib.
Qeyd olunub ki, ötən il Türkiyədə ən çox yaşayış icazəsini ruslar alıb. Ümumilikdə Ankara 153 mini Rusiya vətəndaşı olmaqla 1 milyon 354 min əcnəbiyə yaşamaq icazəsi verib. Ən çox əcnəbi İstanbul (706 min) və Antalyada (158 min) qeydiyyatdadır.
İqbal Rzayev,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var