Türkiyə ardıcıl 3-cü qələbəsini qazandı - İtaliya, Almaniya və İngiltərə xal itirdi
UEFA Millətlər Liqasında III turun son görüşləri keçirilib.
KONKRET.az-ın məlumatına görə, turun axırıncı oyun günündə A, B və C Liqalarında 10 görüş olub.
A Liqasının 3-cü qrupunda İngiltərə evdə İtaliya ilə qolsuz, Macarıstan isə Almaniya ilə 1:1 hesablı heç-heçə edib.
4-c qrupda da Niderland Polşa ilə 2:2, Uels Belçika ilə 1:1 hesablı heç-heçəyə razı olub.
B Liqasının 1-ci qrupunda Ukrayna millisi ölkədəki müharibə səbəbindən Ermənistanla Polşanın Lodz şəhərində üz-üzə gəlib. Görüş nominal meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Bu qrupun digər matçında İrlandiya evdə Şotlandiyanı eyni hesabla darmadağın edib.
3-cü qrupda isə Monteneqro Bosniya və Herseqovina ilə 1:1 hesablı heç-heçə edibsə, Rumıniya Finlandiyaya minimal hesabla qalib gəlib.
C Liqasının 1-ci qrupunda Türkiyə yığması səfərdə Lüksemburqu da məğlub edərək, 3 oyundan 9 xalla vahid lider olub. Digər görüşdə isə Farer adaları Litvanı məğlubiyyətə uğradıb – 2:1.
11 iyun
Millətlər Liqası, III tur
A Liqası
3-cü qrup
22:45. İngiltərə – İtaliya – 0:0
22:45. Macarıstan – Almaniya – 1:1
Qollar: Jolt Nad, 6 – Yonas Hofmann, 9
Xal durumu: İtaliya – 5, Macarıstan – 4, Almaniya – 3, İngiltərə – 2.
4-cü qrup
22:45. Niderland – Polşa – 2:2
Qollar: Devi Klassen, 51. Denzel Dumfris, 54 – Metti Keş, 18. Pyotr Zelinski, 49
22:45. Uels – Belçika – 1:1
Qollar: Brennan Conson, 86 – Yuri Tilmans, 51
Xal durumu: Niderland – 7, Belçika – 4, Polşa – 4, Uels – 1.
B Liqası
1-ci qrup
17:00. Ukrayna – Ermənistan – 3:0
Qollar: Ruslan Malinovski, 61. Aleksandr Karavayev, 77. Vitali Mikolenko, 84
20:00. İrlandiya – Şotlandiya – 3:0
Qollar: Alan Braun, 20. Troy Parrott, 28. Maykl Obafemi, 51
Xal durumu: Ukrayna – 6 (2 oyuna), İrlandiya – 3, Şotlandiya – 3 (2), Ermənistan – 3.
3-cü qrup
22:45. Monteneqro – Bosniya və Herseqovina – 1:1
Qollar: Adam Maruşiç, 77 – Luka Menalo, 62
22:45. Rumıniya – Finlandiya – 1:0
Nikuşor Banku, 30
Xal durumu: Bosniya və Herseqovina – 5, Finlandiya – 4, Monteneqro – 4, Rumıniya – 3.
C Liqası
1-ci qrup
20:00. Farer adaları – Litva – 2:1
Qollar: Vilyormur Davidsen, 20 (pen.). Yakub Andreasen, 45 – Fyodor Çernıx, 6
22:45. Lüksemburq – Türkiyə – 0:2
Qollar: Hakan Çalhanoğlu, 37 (pen.). Serdar Dursun, 76
Xal durumu: Türkiyə – 9, Lüksemburq – 6, Farer adaları – 3, Litva – 0.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi