Türkiyə Azərbaycan və Gürcüstanla gömrük əməliyyatlarını sadələşdirir
Türkiyə prezidenti Azərbaycan və Gürcüstanla dəmir yolu marşrutu üzrə gömrük prosedurlarının sadələşdirilməsi haqqında sənədi təsdiqləyib.
KONKRET.az xəbər verir ki, yaxın vaxtlarda Azərbaycan, Türkiyə və Gürcüstan arasında saziş qüvvəyə minəcək və bununla da ölkələr arasında gömrük əməliyyatları sadələşdirilmiş formada aparılacaq. Müvafiq sənədi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiqləyib.
Bildirilir ki, söhbət Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolu ilə daşımalardan gedir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan və Gürcüstan arasında "Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində gömrük tranzit əməliyyatlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsi haqqında" sazişi təsdiqləyib.
Sənəd üç ölkə tərəfindən 2022-ci ildə Azərbaycanın paytaxtında imzalanıb.
Bu, üç dövlətin ərazisindən keçən dəmir yolu ilə yüklərin daşınması şərtlərini sadələşdirəcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu