Türkiyə brendləri Rusiya bazarını tərk edir
2022-ci ildən sonra Rusiya bazarına daxil olan bir sıra Türkiyə brendləri ölkədəki fəaliyyətlərini azaldır və ya mağazalarını tamamilə bağlayır.
KONKRET.azazərtac-a istinadən xəbər verir ki, söhbət ən azı 10 Türkiyə brendindən gedir.
Hazırda "Madame Coco", "Chakra", "NetWork", "OXXO", "Beymen Club", "Karaca Home" və "Les Benjamins" şirkətləri Rusiyadakı mağazalarını bağlamaq və ya ümumiyyətlə bazardan çıxmaq prosesindədir. "Mudo", "İpekyol" və "Twist" brendləri isə artıq Rusiyadakı fəaliyyətlərini dayandırıblar. Son ikisi bazarda təxminən bir il fəaliyyət göstərib.
Bir sıra Qərb şirkətlərinin Rusiya bazarından çıxmasından sonra Türkiyənin bir çox pərakəndə şirkətləri Rusiya bazarına bizneslərini genişləndirmək üçün imkan kimi baxırdı. 2022-ci ildə Rusiyada 32 Türkiyə brendi fəaliyyət göstərirdi və onlar ümumilikdə 655 mağazanı idarə edirdilər.
Ekspertlər Türkiyə şirkətlərinin Rusiya bazarındakı fəaliyyətlərini azaltmasının əsas səbəbləri sırasında icarə və maliyyə xərclərinin artmasını, alıcı axınının azalmasını, marketpleyslərin və daha münasib qiymətə Çin istehsalı olan malların rəqabətinin güclənməsini, eləcə də bir sıra yeni brendlərin kifayət qədər tanınmamasını göstərirlər.
2026-cı ilin birinci yarısında Rusiyanın ticarət mərkəzlərinə ziyarətlərin sayı 2 faiz, geyim və ayaqqabı mağazalarındakı alıcıların sayı isə 5 faiz azalıb. Bununla yanaşı, Türkiyə brendlərinin bir qismini idarə edən "Marka Rus" şirkətinin 2025-ci ilin yekunlarına görə xalis zərəri 22 faiz artaraq 8,5 milyon dollara çatıb.
Bununla belə, Rusiya bazarında uzun müddətdir fəaliyyət göstərən, xüsusilə "LC Waikiki", "Koton" və "Colin"s" kimi Türkiyə brendləri fəaliyyətlərini davam etdirir və bazarda möhkəm mövqelərini qoruyurlar.
Analitiklərin proqnozlarına görə, ticarət sahələrinin optimallaşdırılması prosesi davam edəcək. 2026-cı ilin sonunadək Moskvanın ticarət mərkəzlərində boş sahələrin payı 8 faizə qədər arta bilər.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü