Türkiyə deputatları Rusiyaya gedir
Türkiyənin təbii qaz mərkəzinə çevrilməsi ilə bağlı bütün məsələlər 2024-cü ildə öz həllini tapa bilər.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Türkiyədə səfərdə olan Rusiya Dövlət Dumasının Energetika komitəsinin sədri Pavel Zavalnı bildirib.
O əlavə edib: "Zənnimcə, bütün qərarlar bu il qəbul ediləcək. Çünki prezidentlər tərəfindən tapşırıq verilib, hazırda bu istiqamətdə işlər davam edir".
Zavalnı qeyd edib ki, bu mərkəzin yaradılmasında Rusiya və Türkiyə ilə yanaşı, həmçinin Avropa da maraqlıdır. Deputat əlavə edib: "Bu il qazın Ukrayna ərazisindən tranziti üzrə kontraktın müddəti başa çatır və Avropanın cari ehtiyaclarını təmin etmək məqsədilə "Türk axını" layihəsinin ikinci növbəsinin inşası üçün qaz mərkəzi lazımdır".
Səfər çərçivəsində Rusiya parlamentariləri türkiyəli həmkarları ilə "Akkuyu" AES-in tikintisini də müzakirə ediblər. RF Dövlət Dumasının Energetika komitəsinin sədri Pavel Zavalnı bildirib ki, Türkiyə parlamentinin üzvləri ilə görüş əsnasında "Akkuyu" AES-ə və Rusiyada fəaliyyət göstərən türkiyəli mütəxəssislərin hazırlandığı analoji Novovoronejsk və Obninsk AES-lərə səfər etmək qərara alınıb.

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu