Türkiyə Superkubokunun qalibi bəlli oldu
Türkiyə Superkubokunun qalibi müəyyənləşib.
KONKRET.az xəbər verir ki, həlledici matç ilk dəfə Qətərdə təşkil olunub.
Dohada keçirilən görüşdə "Beşiktaş"la "Antalyaspor" üz-üzə gəlib. 21-ci dəfə Superkubok sınağına çıxan İstanbul klubu favoriti olduğu qarşılaşmada hesabı açsa da, üstünlüyünü qoruya bilməyib.
Superkubokun debütantının müqavimətini 33-cü dəqiqədə Atiba Hatçinson qırıb. O, ikinci hissənin bitməsinə 13 dəqiqə qalmış öz qapısına da qol vurub – 1:1.
Qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq olan "Beşiktaş" (4:2) kuboku başı üzərinə qaldırıb.
Bununla da "Beşiktaş" 9-cu dəfə Superkuboka yiyələnib. Sonuncu dəfə bu mükafata 2006-cl ildə sahib çıxan "ağ-qaralar" "Fənərbaxça" və "Trabzonspor"a çatıb. Bu göstəricidə rekord 16 Superkubok qazanan "Qalatasaray"a məxsusdur.
Qeyd edək ki, 1966-cı ildən keçirilən Türkiyə Superkuboku Qətərdəki oyunadək yalnız üç dəfə ölkə xaricində baş tutub. 2006-08-ci illərdə matça Almaniya ev sahibliyi edib.
Turlar.az [newsid: 0-123300]

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?