Türkiyədən gələn kişi arvadına xəsarət yetirdi - Sumqayıtda şok olay

Türkiyədən gələn kişi arvadına xəsarət yetirdi - Sumqayıtda şok olaySumqayıt şəhərində 1980-ci il təvəllüdlü Şükür qısqanclıq zəminində keçmiş həyat yoldaşı Xatirəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
azxeber.com Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il avqustun 30-da Xəzər bağlarında baş verib.
İstintaq orqanı tərəfindən Şükürün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şükür ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Xatirə onun keçmiş həyat yoldaşıdır: "Xatirə ilə 2004-cü ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşam, 2 qızımız, 2 oğlumuz olub. Evliyimizin ilk vaxtlarından münasibətlərimiz normal olsa da, sonradan qısqanclıq zəminində aramızda tez-tez münaqişələr baş verdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, yola gedə bilmədiklərindən 2020-ci ildə rəsmi qaydada boşanıblar: "Bu barədə Sumqayıt şəhər Məhkəməsi tərəfindən qətnamə qəbul edildi. Təxminən hadisədən 8 ay əvvəl Türkiyə Respublikasından Azərbayacan geri döndüm. Ayrılmağımıza baxmayaraq Xatirə ilə birlikdə yaşamağa başladıq".
Şükür bildirib ki, hadisə baş verən günü, təxminən saat 10.00-da birgə yaşadıqları evdə olan zaman Xatirə ilə yenidən aralarında qısqanclıq zəminində münaqişə baş verib: "Münaqişə vaxtı Xatirənin mənə cavab qaytarmasından əsəbiləşdiyim üçün yumruq zərbərləri onun bədəninin müxtəlif nahiyələrinə vurdum. Xatirə yerə yıxıldı. Az sonra yaşadığımız evə polis əməkdaşları gəldilər. Məlum oldu ki, Xatirə barəmdə polisə şikayət edib".
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Şükür təqsirli bilinərək 1000 manat miqdarında cərimə olunub.

Sosial       Tarix: 15 yanvar 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta məzənnələri xeberler son xeberler 2026 hava haqqinda