Türkiyəli jurnalist və rəsmilərin İrəvana getməsi xəbəri erməniləri QƏZƏBLƏNDİRDİ

Türkiyəli jurnalist və rəsmilərin İrəvana getməsi xəbəri erməniləri QƏZƏBLƏNDİRDİTürkiyəli jurnalistlər və rəsmilər Ermənistana gedəcək.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, martın 25-də futbol üzrə Ermənistan milli komandası Avro-2024-ün seçmə mərhələsində Türkiyə millisini qəbul edəcək.
"Türkiyəli azarkeşlər oyunu izləmək üçün Ermənistana gəlsəydilər, Vazgen Sarkisyan adına "Respublika" stadionunda görüntünün necə olacağını təxmin etmək çətin deyil.
Hər halda, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) türkiyəli azarkeşlərin martın 25-də İrəvanda keçiriləcək Avro-2024-ün seçmə mərhələsinin Ermənistan – Türkiyə oyununa buraxılmaması ilə bağlı qərar verib.
Bəs bu, matç üçün stadionda türk azarkeş və qonaq olmayacağına zəmanət verə bilərmi? Məlum oldu ki, yox.
Görüşdə Türkiyədən jurnalistlər və rəsmilər iştirak edəcək. Türkiyəli idman jurnalisti Vahap Özdəmir mediamıza bildirib ki, hazırda jurnalistlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur.
"İrəvana məhdud sayda jurnalist və məmur gedəcək. Türkiyə millisinin heyəti hələ ki, bəlli deyil", – deyə o bildirib.
Xatırladaq ki, Ermənistan millisinin seçmə mərhələdəki rəqibləri ötən ilin oktyabrında bəlli olub. Ermənistan-Türkiyə matçı digər qarşılaşmalardan fərqli olaraq bütün ermənilərin marağına səbəb olur. Mtçın bütün biletlərinin tükənməsi də bu səbəbdəndir.
Təbii ki, bu, azarkeşlərin qəzəbinə səbəb olub. Amma başa düşmək lazımdır ki, belə vacib oyundan əvvəl milli komandanın oyunçularına dəstək olmaq çox vacibdir", – deyə media yazıb.
Xuraman Etibarlı,
KONKRET.az

İdman       Tarix: 14 mart 2023
f Paylaş

Oxşar xəbərlər

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak


son xeberler yeni xeberler azerbaycan xeberleri hava proqnozu xabar az cebheden xeber xəbər