Türkiyənin Azərbaycandakı səfirliyində səmimi görüş — FOTO
Demokrat Media"nın rəhbəri, Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənli Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbiliri ilə görüşüb.
azxeber.com xəbər verir ki, görüş zamanı Vasif Həsənli Alptekin Cihangir İşbiliri yeni təyinatı münasibətilə təbrik edərək, Azərbaycanda olmağından məmnunluğunu ifadə edib.
Daha sonra Vasif Həsənli rəhbərlik etdiyi Demokrat.az xəbər portalının fəaliyyəti və uğurları barədə Alptekin Cihangir İşbilir ilə fikir mübadiləsi aparıb.
Görüşdə Azərbaycan və qardaş Türkiyə arasında media və kommunikasiya sahəsində əməkdaşlığın əhəmiyyətindən danışılıb, iki ölkənin qarşılıqlı media təcrübəsinin öyrənilməsinin və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.
Görüşün sonunda Demokrat.az xəbər portalı adından Alptekin Cihangir İşbilirə Azərbaycan və Türkiyənin əbədi dostluq və qardaşlığını tərənnüm edən, üzərində Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət", Qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözləri yazılmış xatirə hədiyyəsi təqdim olunub.

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var