Türkiyəyə tarixi səfər: islam ölkəsi ilə barışıq əldə olunur – Azərbaycan isə…

Türkiyəyə tarixi səfər: islam ölkəsi ilə barışıq əldə olunur – Azərbaycan isə…Türkiyənin Rabitə Nazirliyi məlumat yayıb ki, Misir Prezidenti Əbdülfəttah Sisi sentyabrın 4-də Ankaraya səfər edəcək. Misir liderinin 12 il sonra Türkiyəyə gəlməsi bir sıra aspektlərdən diqqət çəkir.
KONKRET.azxəbər verir ki,əslində, son illərdə iki ölkə arasında müəyyən yumşalmalar hiss edilirdi. Misal üçün, 2019-cu ilin noyabrında Türkiyə dənizdəki yurisdiksiya barədə Liviya ilə müqavilə imzaladı və bu barədə BMT-yə məlumat verildi. 2020-ci ilin avqust ayında isə bununla bağlı Yunanıstan və Misir arasında razılaşma əldə olundu. Bu müqavilədə Misir Türkiyənin bəzi bölgələrlə bağlı arqumentlərini anlayışla qarşıladı. Misirin jestinə Türkiyə tərəfi keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu vasitəsilə məmnunluğunu bildirərək cavab verdi.
2020-ci ildə qarşılıqlı yumşalma siqnalları veriləndə iki ölkənin kəşfiyyat qurumları arasında əlaqə olduğu açıqlandı. Ankara və Qahirə qarşılıqlı jestlər edərək beynəlxalq təşkilatlarda bir-birini bloklamağa son qoymağa başladılar. Ən konkret addımlardan biri bu oldu ki, 2020-ci ildə Türkiyə Misirin NATO iclaslarında iştirakına vetosunu götürdü. Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan Qətərin paytaxtı Dohada keçirilən futbol üzrə Dünya Çempionatının açılışında Misir Prezidenti Sisinin əlini sıxdı. Türkiyə-Misir münasibətlərinin normallaşması isə şübhəsiz Prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 14-də bu ölkəyə səfəri ilə gerçəkləşdi.
Bütün bunları göz önündə tutsaq deyə bilərik ki, Türkiyə Prezidentinin Misirə, Misir Prezidentinin də Türkiyəyə səfəri münasibətlərin normallaşması mənasına gəlir.
Sisinin səfəri çərçivəsində prezidentlər arasında daha öncə Qahirədə imzalanan Birgə Bəyannaməyə uyğun olaraq yenidən strukturlaşdırılmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək. İddialara görə, Sisi səfər müddətində Türkiyə İHA-larının Qahirəyə satışı təklifini öncə sürəcək.
Bu detal çox mühümdür. Belə ki, iki ölkə başçısı arasında İsrailə təzyiqlər etmək və Qərbin də dəstəklədiyi iki dövlət modelini tətbiq etmək kimi məsələlərinin müzakirə edilməsi istisna deyil. Çünki Qəzzadakı vəziyyət və ümumilikdə müharibə hər iki ölkəni narahat edir. Bu baxımdan tərəflər sülh istiqamətində ortaq addımlar atıb, müəyyən məsələlərdə razılığa gələ bilər.
Türkiyə-Misir münasibətlərinin normallaşmasında ən çox Azərbaycan maraqlıdır. Rəsmi Bakı iki ölkə ilə də yaxşı əlaqələrə malikdir. Hətta Bakının Qahirə və Ankara arasında pərdəarxası vasitəçilik etməsi belə istisna deyil.
Misal üçün Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi 2023 cü il yanvarın 28-də Azərbaycana gəldi. Səfər zamanı müzakirə mövzularından biri də Türkiyə-Misir münasibətlərinin normallaşması olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz növbəsində bu il iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfər etdi.
Bakı Qahirə-Ankara münasibətlərinin normallaşmasında vasitəçilik edərək Türkiyənin həm də Yaxın Şərqdə mövqelərinin güclənməsini istəyir. Yaxın Şərqdə Türkiyənin mövqelərinin güclənməsi Qərbin bu regionla bağlı neqativ planlarını pozur. Bu həm də Qərbin Cənubi Qafqaz siyasətinə təsir edir.  / Globalinfo.az

Siyasi       Tarix: 05 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstini Milli Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Fələstin xalqını və hökumətini Mill

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbər ən son xəbərlər bugün cəbhədən son dəqiqə gunun xeberleri