Türkmənistanda milli təhlükəsizlik naziri və Ali Məhkəmənin sədri İŞDƏN ÇIXARILDI
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasında Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Qurbanmirat Annaevi vəzifəsindən azad edib.
KONKRET.az xəbər verir ki, bu barədə "Turkmen.news" portalı yazıb.
Məlumata görə, nazir başqa işə keçməsi ilə əlaqədar işdən çıxarılıb.
Qeyd olunub ki, Türkmənistanın Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışmış Nəzər Ataqarayev Milli Təhlükəsizlik Nazirliyinin yeni rəhbəri təyin edilib.
Həmçinin Türkmənistan Prezidenti Ali Məhkəmənin sədri Quvançmurat Ussanepesovu vəzifəsindən azad edib. Onun müavinləri Musamirat Söyünov (2018-ci ildən vəzifədədir) və Orebay Məhəmmədov da vəzifələrini itiriblər.
Məlumatda qeyd olunub ki, əvvəllər Aşqabad şəhər məhkəməsinin hakimi vəzifəsini tutan Begenç Xocamquliyev Ali Məhkəmənin yeni sədri olub.
İqbal Rzayev,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi