Ucuz bilet almaq istəyənlərin diqqətinə - Açıqlama
İstirahət mərkəzləri, hotellər və ya turizm xidmətləri üçün bazar qiymətindən xeyli aşağı məbləğ təklif edərək vətəndaşlardan əvvəlcədən ödəniş alınması, lakin sonradan xidmətin göstərilməməsi və ya ümumiyyətlə belə təklifin mövcud olmamasının üzə çıxması hüquqi baxımdan dələduzluq əlamətləri yarada bilər. Bu cür hallarda əsas meyar şəxsin əvvəlcədən aldatmaq niyyəti ilə özgənin pulunu və ya əmlakını ələ keçirməsidir.
İstirahət məkanlarına "ucuz bilet" və ya bazar qiymətindən aşağı qiymətə xidmət vəd edərək vətəndaşları aldatmaq hüquqi baxımdan hansı cinayət tərkibini yaradır? Belə hallarda zərərçəkənlər hüquqlarını necə qoruya və dələduzluq faktını sübut etmək üçün hansı sənəd və sübutları toplamalıdırlar?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Misirə Xəlilzadə bildirib ki, bu hal hüquqi baxımdan konkret şəraitdən asılı olaraq əsasən dələduzluq cinayətinin tərkibini yarada bilər.
"Əgər şəxs əvvəldən vətəndaşın etibarından sui-istifadə edərək və ya aldatma yolu ilə "ucuz bilet" və ya bazar qiymətindən aşağı qiymətə xidmət göstərəcəyini vəd edib pul alır, lakin əslində həmin xidməti göstərmək niyyətində olmursa və pulu mənimsəyirsə, bu hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq əməlinin əlamətlərini daşıya bilər.
Cinayətin tövsifi vurulmuş ziyanın məbləğindən, zərərçəkənlərin sayından, əməlin təkrar törədilib-törədilməməsindən və digər hallardan asılı olaraq dəyişə bilər. Belə hallarda zərərçəkən şəxslərin hüquqlarını qorumaq üçün mümkün qədər tez hüquq-mühafizə orqanlarına müraciət etmələri vacibdir. Daxil olan müraciət əsasında araşdırma aparılır və toplanmış sübutlar qiymətləndirilir.
Dələduzluq faktının sübut olunmasına kömək edə biləcək əsas sübutlar pul köçürməsinə dair qəbzlər, bank çıxarışları, yazışmalar, ödənişi təsdiq edən digər sənədlər, şahid ifadələri və digər sübutlar ola bilər.
Əgər bu cür hallarla qarşılaşmısınızsa, sübutları silməmək, yazışmaları və ödəniş sənədlərini saxlamaq, eləcə də polisə təqdim etmək araşdırmanın effektivliyi baxımından mühüm əhəmiyyət daşıyır. Şəxsin əməlinə hüquqi qiymət isə hər bir iş üzrə konkret faktlar və toplanmış sübutlar əsasında istintaq orqanı və məhkəmə tərəfindən konkret işin hallarına uyğun olaraq verilir", - deyə Misirə Xəlilzadə fikrini yekunlaşdırıb.
Xatırladaq ki, ötən gün Bakıda istirahət məkanlarına bilet satacağını deyərək dələduzluq edən şəxs saxlanılıb. / azxeber.com

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib