UEFA avrokubokların formatını dəyişmək və Superliqa yaratmaq istəyir
UEFA avrokubokların formatının növbəti dəfə dəyişdirilməsini nəzərdən keçirir.
KONKRET.az "Marca"ya istinadən xəbər verir ki, Avropa futbol qurumunun rəhbərliyi və Avropa Klublar Assosiasiyası üç divizionun – Superliqa, Avropa Liqası və Namizədlər Liqasının tətbiqini nəzərdən keçirir.
Klublar divizionlarda yüksəlmək və aşağı liqaya düşməmək üçün də mübarizə aparacaqlar.
UEFA İcraiyyə Komitəsinin oktyabrın sonunda bu məsələni müzakirə etmək üçün toplaşacağı gözlənilir. Yeni format qəbul edilsə, 2027-ci ildən sonra qüvvəyə minəcək.
2024/2025 mövsümündən Çempionlar Liqasında yeni format olacaq. Turnirin əsas mərhələsində 36 klub iştirak edəcək. Hər komanda 8 fərqli rəqibə qarşı oyun (4 ev, 4 səfər) keçirəcək. Matçların nəticəsinə əsasən, ümumi turnir cədvəli tərtib olunacaq. İlk "8-lik" birbaşa 1/8 finala vəsiqə qazanacaq. 9-24-cü yerləri tutanlar isə pley-offda qüvvələrini sınacaqlar.
Qeyd edək ki, daha əvvəl İspaniyanın "Real", "Barselona" və İtaliyanın "Yuventus" klubları Avropa Superliqasını yaratmağa cəhd göstəriblər.Report

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi