UEFA Avropa çempionatının seçmə turunda qarşılaşacaq Türkiyə və Ermənistan millisinə ŞƏRT QOYDU
2024-cü il Avropa çempionatının seçmə mərhələsinin ilk turunda Türkiyə millisi Ermənistan millisi ilə qarşılaşacaq.
KONKRET.az xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin ilk turunda Ermənistan millisi martın 25-də Vazgen Sarkisyan adına "Respublika" stadionunda Türkiyə millisi ilə qarşılaşacaq. 3 gündən sonra Ermənistan millisi yenidən öz evində Kipr millisi ilə mübarizə aparacaq, lakin bu görüş yoldaşlıq oyunları çərçivəsində baş tutacaq.
Bu günlərdə məlum olub ki, UEFA-nın xüsusi qərarına əsasən türk futbolçular İrəvana azarkeşsiz gələcək. Onlara stadionda dəstək olmayacaq.
Sentyabrda keçiriləcək cavab oyununda da eyni qərarla erməni azarkeşlərin Ermənistan millisi ilə Türkiyəyə səfər etmək imkanı olmayacaq.
Maraqlıdır ki, iki ölkənin futbol federasiyalarından heç biri belə bir qərar üçün UEFA-ya müraciət etməyib. Strukturun özü matçların gərginliksiz keçirilməsi üçün belə bir qənaətə gəlib.
"Hətta UEFA belə başa düşdü ki, bu xalqlar arasında sülh mümkün deyil, siz hələ də sülh dövründən danışırsınız", – deyə erməni şərhçilərdən biri belə yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi