UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub oldu - YENİLƏNDİ
"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) məğlub olub.
KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən oyun qonaq komandanın 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Təmsilçimiz şotlandiyalı baş hakim Nikolas Uolş idarə etdiyi qarşılaşmaya uğursuz başlayıb. 15-ci dəqiqədə Julio Romao birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Hesabı isə 36-cı dəqidədə fərqənən Kennet Teylor açıb. Amsterdam təmsilçisi 74-cü dəqiqədə Vaut Veqhorstun penalti zərbəsini dəqiq yerinə yetirməsindən sonra fərqi iki topra çatdırıb. Görüşdə yekun hesabı isə 77-ci dəqiqədə adını tabloya yazdıran Çuba Akpom təyin edib.
2 dəqiqə sonra isə Ağdam klubunun heyətində Elvin Cəfərquliyev ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alıb. Bununla da "Qarabağ" oyunu 9 nəfərlə tamamayıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiy kollektiv Avropa Liqasındakı növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi "Bodo Qlimt"ə qarşı keçirəcək.
***
Oyunda üçüncü qol vurulub.
77-ci dəqiqədə Çuba Akpom qonaqların üçüncü qolunu vurur – 0:3.
***
Oyunda ikinci qol vurulub.
Vaut Herqorst 74-cü dəqiqədə "Ayaks"ın ikinci qolunu vurur – 0:2.
***
Oyunda ikinci hissə başlayıb.
İlk hissənin nəticəsinə görə, qonaqlar hesabda öndədirlər – 0:1.
***
Oyunda ilk hissə başa çatıb.
İlk hissənin nəticəsinə görə, qonaqlar hesabda öndədirlər – 0:1
***
Oyunda hesab açılıb.
Kennet Teylor 36-cı dəqiqədə qonaqları hesabda önə çıxarır – 0:1.
***
Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Avropa Liqasının III turunda Niderlandın "Ayaks" klubunu qəbul edir.
KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş başlayıb.
Matçda ədaləti FIFA referisi Nikolas Ualşın başçılıq etdiyi Şotlandiyadan olan hakimlər briqadası qoruyur.
***
Bu gün "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland "Ayaks"ı ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
"Qarabağ" hazırda Liqa mərhələsinin turnir cədvəlində 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda isə "Malmö"yə uduzub (1:2).
Aktivində 4 xal olan "Ayaks" isə 8-ci pillədədir.
Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur.
20:45. "Qarabağ" (Azərbaycan) – "Ayaks" (Niderland)
Hakimlər: Nikolas Uolş, Qraeme Stevart, Kalum Spence, Kristofer Qraham (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika Stadionu.
Komandaların start heyətləri:
"Qarabağ": Koxalski, Abbas Hüseynov, Kevin Medina, Bədavi Hüseynov (k), Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Zubir, Juninyo
Ehtiyat oyunçular: Sadiq Məmmədzadə, Fabian Buntiç, Addai, Bəhlul Mustafazadə, Riçard Almeyda, Kaşuk, Musa Qurbanlı, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade, Nəriman Axundzadə
"Ayaks": Pasveyer, Xato, Şutalo, Ruqani, Rensx, Teylor, Henderson (k), Fits-Djim, Qodts, Veqhorst, Rasmussen
Ehtiyat oyunçular: Qorter, Ramay, Qoey, Veyndal, Brobbi, Ekpom, Ahmedcan Kaplan, Traore, Van den Boomen, Mokyo, Tahiroviç, Banel
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi