UEFA-nın "Boz qurd"la bağlı intizam işinə - Merih Demiraldan cavab
Türkiyə milli komandasının müdafiəçisi Merih Demiral UEFA-nın onun barəsində intizam işi açmasından sonra paylaşım edib.
KONKRET.az xəbər verir ki, daha öncə yayılan məlumata görə, Avro-2024-ün 1/8 finalında ötən gecə Avstriya ilə oyunda (2:1) dubl edən Türkiyə millisinin üzvü Merih Demiral UEFA tərəfindən cəzalandırıla bilər.
Buna səbəb müdafiəçinin qol sevincini türklüyün rəmzi hesab edilən "boz qurd" işarəsi ilə qeyd etməsidir. UEFA məsələ ilə bağı araşdırmaya başlanıldığını açıqlayıb.
Merihin bu hərəkəti UEFA-nın İntizam Komitəsi tərəfindən uyğunsuz davranış kimi qiymətləndirilib.
İntizam işinin Almaniya hökumətinin müraciəti ilə başladığını bildirilir.
Merih Demiral isə UEFA-nın araşdırma ilə bağlı açıqlamasından sonra sosial media hesabından qollarının şəklini paylaşıb və onun altına "Günaydın Türkiyəm. Nə mutlu türkəm deyənə" sözlərini yazıb. (Yeni sabah)

İlham Əliyevin sosial media hesablarında paylaşım edildi – FOTO
Dani Bolt "Qarabağ"dan getdi
Messi milli komandadakı karyerasını başa vurub
"Qəbələ" Kaxaber Sxadadze ilə yollarını ayırdı
Nofəl İbrahimov vəfat etdi
31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı
Qarabağda bədbəxt hadisə - 2 nəfər həyatını itirdi (FOTO)
Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu
Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimindən paylaşım edilib
Zelenski, Uitkoff və Kuşner Ukraynaya mümkün səfəri müzakirə ediblər
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub
Bakıda hava limanında ƏMƏLİYYAT - FOTO
Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək