UEFA "Qarabağ" - "Bayer" oyunundan yazdı
UEFA-nın rəsmi saytı Avropa Liqasının 1/8 final mərhələsində "Bayer" lə "Qarabağ" arasında keçiriləcək cavab oyunu haqqında yazı hazırlayıb.
KONKRET.az xəbər verir ki, yazıda "Qarabağ"ın "Bayer"lə (2:2) doğma meydanda keçirilən oyununda uğurlu çıxışından bəhs edilib.
Bildirilib ki, Ağdam təmsilçisi əla futbol nümayiş etdirib: "Alonso ilə mübarizə etmək çətindir. "Bayer"ə bu mövsüm məğlubiyyət yaşadan ilk komanda olmağa çox yaxın idilər. Almaniya nəhəngi yalnız əlavə olunmuş vaxtda Patrik Şikin qolu sayəsində məğlubiyyətdən qaça bildi".
Qitə futbol qurumu yazısında həmçinin Qurban Qurbanov haqqında fikirlərə də yer verib: "Komanda son 16 ildə Qurban Qurbanovun rəhbərliyi altında sabit şəkildə inkişaf edir. Əgər "Qarabağ" əvvəllər ən yaxşı oyunlarını doğma meydanında keçirirdisə, indi rəqib meydanında da daha inamlı çıxış edir".
Xatırladaq ki, "Bayer" – "Qarabağ" görüşü martın 14-ü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə gecə 00:00-da) başlanacaq.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto