UEFA Rusiyanın bu komandalarını yarışlara buraxdı
UEFA Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarının neytral statusda – himn və bayraqsız beynəlxalq turnirlərdə iştirakına icazə verib.
KONKRET.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Qərar bu gün keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında verilib.
Qərar Rusiyanın U-17 millisi də daxil olmaqla bütün aşağı yaş qruplarına şamil olunur. 17 yaşadək futbolçular arasında dünya çempionatının püşkü artıq sentyabrın 15-də atılsa da, Rusiyanın bu yaş qrupu üzrə komandası turnirə buraxılacaq.
UEFA-nın bəyanatında bu qərar belə izah olunub ki, uşaqlar böyüklərin törətdiyi hərəkətlərə görə məsuliyyət daşımamalıdır.
O da bildirib ki, rusiyalı yeniyetmə futbolçular Rusiya ərazisində oyun keçirə və milli kimlik əlamətləri olan formalarda çıxış edə bilməyəcəklər.
Xatırladaq ki, Rusiyanın Ukrayna ərazisinə silahlı müdaxiləsinə görə ölkənin yığma komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb.

Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı - Paylaşım
Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı
Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər
Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir
İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı
Prezidentin sosial şəbəkə hesabında Modi ilə görüşünə dair paylaşım edildi - FOTO
İrem Dericinin nişanlısı saxlanıldı
Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub - FOTO
Unibank bankomat şəbəkəsini yeniləyir
Kənd Təsərrüfatı Nazirliyi ilə "Veysəloğlu" arasında memorandum imzalanacaq – FOTOLAR
Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
Formula 1: yeni tribuna quraşdırıldı
Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
Gecə saatlarında Zəngəzura girdilər – Şad xəbər açıqlandı