"Ukrayna əvvəl keçmişin günahlarından tövbə etsin, sonra Gürcüstana irad tutsun" - Kobaxidze
"Ukrayna hakimiyyəti Gürcüstana hər hansı iddia irəli sürməzdən əvvəl keçmişin günahlarından tövbə etməlidir".
KONKRET.azSputnik Gürcüstan-a istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidze deyib.
O bildirib ki, Kiyev uzun illər Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə sığınacaq verib.
Kobaxidze Ukrayna Prezidenti Volodimir Zelenskinin Gürcüstan hakimiyyətinin Saakaşvilini "işgəncə verərək öldürməsi" ilə bağlı bəyanatlarını şərh edib.
"Ukrayna nümayəndələri hər hansı bir şey haqqında danışmazdan əvvəl keçmiş günahlarından tövbə etməli, bugünkü cinayətləri düzəltməli və sonra başqa işlərə keçməlidirlər.
Kiyev illərdir "kriminal Saakaşvili"yə sığınacaq verib və cinayətkarlara sığınacaq verməkdə davam edir.
Onlar Gürcüstanda müvafiq cinayətlərə görə məhkum olunmalarına baxmayaraq, bu cinayətkarlara hələ də sığınacaq verirlər", – deyə Kobaxidze bildirib.
Qeyd edək ki, Gürcüstan daxili işlər nazirinin keçmiş müavini Gia Lordkipanidze hazırda Ukraynada əks-kəşfiyyat üzrə direktor müavini vəzifəsini tutur.
Xuraman Etibarlı,
KONKRET.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var