Ukrayna millisindən qələbə
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.
KONKRET.az xəbər verir ki, E qrupunun II turunun ilk matçında Ukrayna və Slovakiya yığmaları qarşılaşıblar. Görüş ukraynalıların əzmkar qələbəsi ilə başa çatıb – 2:1.
Matçda hesabı 17-ci dəqiqədə slovakiyalılar açıblar. İvan Şrants başla dəqiq oynayıb. İlk hissə Slovakiya seçməsinin üstünlüyü ilə yekunlaşıb.
İkinci yarıya daha fəal və istəkli başlayan Ukrayna millisi geridönüş edə bilib. 54-cü dəqiqədə Mikola Şaparenko, 80-ci dəqiqədə isə Roman Yaremçuk fərqləniblər.
Bu nəticə ilə xallarını 3-ə çatdıran Ukrayna yığması 2-ci pilləyə yüksəlib. Eyni xala malik Slovakiya 3-cüdür. Qrupa 3 xalla Rumıniya başçılıq edir. Xalı olmayan Belçika isə sonuncudur.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
Xidmetler [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu
"Trendyol"da "Əfsanə günlər " başlayır