Ukraynalı deputatlar: 'Qarabağda gördüklərimizi unutmayacağıq

Ukraynalı deputatlar: 'Qarabağda gördüklərimizi unutmayacağıqİldırımsürətli müharibənin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan bu müharibəyə ancaq modern Silahlı Qüvvələrini yaratmaqla deyil, mükəmməl informasiya təhlükəsizliyi konsepsiyası ilə hazırlaşıb. Biz işğaldan azad edilmiş Ağdam rayonunda qorxunc, heç vaxt unuda bilməyəcəyimiz mənzərə ilə yanaşı, Azərbaycan dövlətinin qurmaq, yaratmaq iradəsini gördük.
Azxeber.com xəbər verir ki, bu sözləri Azərbaycan parlamenti və Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Valeriy Kolyux deyib.
Müstəqilliyin Bərpası Günündə Azərbaycanda olmaqdan və bu günü Azərbaycan xalqı ilə birlikdə qarşılamaqdan məmnunluğunu bildirən Kolyux uzun illər işğal altında qalmış ərazilərin azad edilməsini möhtəşəm hadisə adlandırıb. Ağdamda gördükləri ilə bağlı təəssüratlarını bölüşən ukraynalı deputat deyib: "Qarabağa səfərimiz çərçivəsində Ağdam şəhərində xarabalıqların şahidi olduq. Gördük ki, işğalçı qüvvələr orada hər şeyi dağıdıb-söküb, əraziləri minalayıb. Bununla belə, Azərbaycan tərəfindən görülən bərpa-quruculuq işləri bu torpaqların xoş gələcəyinə ümidimizi artırdı".
Ukrayna parlamentindəki "Xalqın xidmətçisi" fraksiyasının təmsilçisi Lyudmila Marçenko Ağdamda gördüklərinin təsirindən tezliklə çıxa bilməyəcəyini söyləyib. O deyib: "Çünki orada gördüklərimiz Ukrayna üçün nəticə çıxarmalı nümunələr idi. Bu, qorxunc müharibə ilə bərabər, güclü, qurucu Azərbaycan dövlətinin iradəsini göstərirdi. Biz Azərbaycanın nələrin hesabına ərazi bütövlüyünü bərpa etdiyinin şahidi olduq".
Ukrayna Parlamentinin Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Vladimir Kreydenko vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdəki dağıntıların miqyasına baxmayaraq, orada aparılan tikinti və quruculuq işlərinin miqyası məhv edilmiş yerlərin qısa müddətdə müasir yaşayış məntəqəsinə çevriləcəyini deməyə əsas verir.

Siyasi       Tarix: 19 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı

Antalyada COP31 çərçivəsində "Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. xəbə

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun xeber az cəbhədən ən son xəbər xeber.az 2026