Ukraynalı jurnalist: Qanlı Yanvar terroru sırf siyasi xarakter daşıyırdı
"Bu gün Azərbaycanda 20 Yanvar qurbanlarının xatirəsi yad edilir. Ukraynada çoxlarının bilmədiyi, lakin bizi 1990-1991-ci illərdəki tarixi dövrdə gözləyən faciələrdən birinin ildönümü qeyd olunur. SSRİ tam dağılmamışdan əvvəlki son sarsıntılarında parçalanmaqda olan imperiyanı süngülərlə xilas etməyə çalışırdı".
azxeber.com xəbər verir ki, bunu ukraynalı jurnalist və ekspert Aleksandr Kovalenko sosial media hesablarında yazıb.
Jurnalist xatırladıb ki, 1990-cı il yanvarın 20-nə keçən gecə sovet qoşunları Azərbaycanın paytaxtı Bakıya hücuma keçib. Bu təcavüzdə 25 mindən çox adam iştirak edib.
"İllər keçdikcə, bir sıra sənədlərin məxfiliyi ləğv edildikdən sonra məlum oldu ki, hərbi əməliyyat çoxdan, 1989-cu ilin ikinci yarısından hazırlanıb. Yəni, qanlı terror sırf siyasi xarakter daşıyırdı, əvvəlcədən planlaşdırılmışdı... İmperiya öz çürüməsinin üfunət iyini hiss edərək, ona daim günahsızların qanını çiləyərək qalib gəlməyə çalışır. Amma bu, heç vaxt ona kömək etməyib", -deyə A.Kovalenko vurğulayıb.

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu