Ulduz futbolçunun xanımı ağladı: Ərəbistanda onu nələr şoka salıb? - FOTOLAR
"Əl-Hilal"ın futbolçusu Riyad Mahrezin həyat yoldaşı, britaniyalı model Teylor Uard Səudiyyə Ərəbistanına köçdükdən sonra üzləşdikləri çətinliklərdən şikayətlənib.
KONKRET.az publika.az-a istinadən xəbər verir ki, Mançesterli xanımın Səudiyyə Ərəbistanında yaşamağı sevməməsi beş məşhur futbolçunun şəxsi həyatlarınının pərdəarxasını göstərən "Married To The Game" realiti şousunun yayımlanmasından sonra məlum olub.
Uord Ciddəyə köçəndə mədəniyyət şoku yaşadığını etiraf edib: "Çox çətindir. Elə vaxtlar olur ki, artıq bacarmıram. O qədər də xoşuma gəlmir. Yalan deməyəcəyəm, dünən şoka düşdüm. Otelə zəng edib soruşdum ki, uşaqla gəlirəm, hovuza getmək üçün necə geyinmək lazım olduğunu deyin. Bilirəm ki, bura daha mühafizəkar ölkədir. Müəyyən tərzdə geyinmək lazımdır, ona görə də aydınlaşdırmaq qərarına gəldim. Onlar dedilər ki, "yox, bağışlayın, bu ancaq kişi hovuzudur".
Bundan əlavə, ingilis xanım Səudiyyə Ərəbistanında spirtin qadağan olunduğunu bilmirmiş. Bu da onun üçün problemə çevrilib. Riyada başına gələnləri danışan Teylor ağlını itirdiyini bildirib və göz yaşlarına boğulub: "Mən evdə tək oturacağam. Bu, oyunun bir hissəsidir, elə deyilmi"?
Mahrez "Əl Əhli"də həftədə təxminən 800 min funt sterlinq qazanır. Bu, əlcəzairlinin "Mançester Siti"dəki maaşından 3 dəfə çoxdur. Teylorun hansı səbəbdən Səudiyyə Ərəbistanına gəlməyə razı olması artıq gizli və təəccüblü deyil.
Xatırladaq ki, Mahrez ötən yay "Mançester Siti"dən Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna 35 milyon avroya keçmişdi.



Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto